30 avqust 2026 14:57
114

"Fənərbaxça"dan ayrıldı, "Ayaks"a keçdi

Mərakeş millisinin yarımmüdafiəçisi Sofyan Amrabat Niderlandın "Ayaks" klubuna transfer olunub.

“İki sahil” xəbər verir ki, bu barədə Amsterdam klubunun mətbuat xidməti məlumat yayıb.

"Fənərbaxça"dan ayrılan 30 yaşlı futbolçu yeni klubuna azad agent kimi qoşulub. Onunla 2028-ci ilin iyununa qədər müqavilə imzalanıb.

Qeyd edək ki, Amrabat "Fiorentina", "Verona", "Brügge", "Feyenoord", "Utrext", "Betis", "Mançester Yunayted" klublarında da çıxış edib.