02 fevral 2026 23:49
116

Falkaonun heykəl ucaldılıb -  FOTO

Kolumbiyalı tanınmış hücumçu, hazırda "Millonarios"da çıxış edən Radamel Falkaonun şərəfinə heykəl ucaldılıb.

“İki sahil” xəbər verir ki, "The Sun" nəşrinin məlumatına görə, ulduz futbolçunun doğma şəhəri Santa Martada ucaldılan abidə sosial şəbəkələrdə geniş müzakirələrə səbəb olub.

Heykəlin xarici görünüşü azarkeşlərin diqqətini çəkib və fotolar sürətlə yayılıb. Heykəlin hündürlüyü təxminən 180 sm, çəkisi isə 180 kq-dan çoxdur.

Xatırladaq ki, futbolçu karyerası ərzində "River Pleyt", "Portu", "Atletiko", "Monako", "Mançester Yunayted", "Çelsi", "Qalatasaray" və "Rayo Valyekano" kimi klubların şərəfini qoruyub. O, 2007-2023-cü illərdə Kolumbiya yığmasının uğurları üçün çalışıb.