Türkiyənin "Beşiktaş" klubu qapı xəttini yeni transferlə gücləndirib.
“İki sahil” xəbər verir ki, bu barədə klub məlumat yayıb. İstanbul təmsilçisi İtaliyanın "Roma" klubundan Devis Vaskesi heyətinə qatıb.
27 yaşlı kolumbiyalı qolkiper 2025/2026 mövsümünün sonuna qədər icarə əsasında "qara-qartallar"ın formasını geyinəcək. Müqavilədə futbolçunun birdəfəlik satınalma hüququ da yer alıb.
Xatırladaq ki, sabiq "Milan"lı yayda azad agent statusunda "Roma"ya keçmişdi. O, karyerası ərzində İtaliyanın "Empoli", "Askoli" və İngiltərənin "Şeffild Uensdey" klublarında çıxış edib.
Qeyd edək ki, futbolçu cari mövsümdə rəsmi matçlarda meydana çıxmayıb.