Azərbaycanda artıq yalnız canlı donordan deyil, həm də meyit donordan orqan götürülür. Bu, çox vacib bir məqamdır. Regionda meyit donordan orqan götürülməsi ilk dəfə ölkəmizdə həyata keçirilib. Eləcə də, ürək transplantasiyası kimi mürəkkəb əməliyyat regionda ilk olaraq ölkəmizdə icra olunub. Digər mühüm üstünlük isə peşəkar həkimlərimizin olmasıdır. Əsas çətinliklərdən biri meyit donorluğunun geniş icra olunmamasıdır. Bu səbəbdən orqan gözləyən xəstələrin sayı hələ yüksəkdir.
Bu fikirləri “İki sahil”qəzetinə özəl müsahibəsində Səhiyyə Nazirliyi Orqan Donorluğu və Transplantasiyası üzrə Koordinasiya Mərkəzinin İdarə Heyətinin sədri, anestezioloq-reanimatoloq, tibb üzrə fəlsəfə doktoru Yeganə Abbasova söyləyib.
O bildirib ki, Azərbaycanda 4 mindən çox insan dializ müalicəsi alır və onların əksəriyyəti üçün böyrək transplantasiyası yeganə uzunmüddətli çıxış yoludur. Donor çatışmazlığı səbəbindən bir çox xəstə illərlə dializdə qalır, bu isə həm həyat keyfiyyətini azaldır, həm də həyatı itirmək riskini artırır.
Yaqut Ağaşahqızı, “İki sahil”
Azərbaycan beynəlxalq transplantasiya əməkdaşlığını genişləndirir - Yeganə Abbasova
Azərbaycanda donor və resipiyent hüquqları üçün ETİKA KOMİSSİYASI FƏALİYYƏT GÖSTƏRİR