Əgər xəstənin uyğun canlı donoru varsa, o, gözləmə siyahısına daxil edilmir və əməliyyata birbaşa yönləndirilir. Orqan transplantasiyası sahəsində etik və hüquqi nəzarətin təmin edilməsi məqsədilə 2023-cü ilin fevral ayında Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi nəzdində Etika Komissiyası yaradılıb.
Bu fikirləri Səhiyyə Nazirliyi Orqan Donorluğu və Transplantasiyası üzrə Koordinasiya Mərkəzinin İdarə Heyətinin sədri, anestezioloq-reanimatoloq, tibb üzrə fəlsəfə doktoru Yeganə Abbasova “İki sahil”qəzetinə özəl müsahibəsində söyləyib.
Müsahibimiz əlavə edib ki, qanunvericiliyə əsasən, yaxın qohum anlayışına ata, ana, nənə, baba, bacı, qardaş, həmçinin ər və arvad daxildir. Canlı donor yaxın qohum olmadıqda, müvafiq sənədlər toplanaraq Etika Komissiyasına təqdim edilir və təqdim olunan materiallar hərtərəfli araşdırıldıqdan sonra yekun qərar yalnız Komissiyanın səlahiyyətində verilir. Meyit donorluqda isə vətəndaş sağlığında razılıq veribsə, beyin ölümü zamanı orqanların götürülməsi üçün ailənin razılığı tələb olunmur; əgər şəxs sağlığında razılıq verməyibsə, meyit donorluğu yalnız ailənin icazəsi ilə həyata keçirilir.
Yaqut Ağaşahqızı, “İki sahil”
Azərbaycan beynəlxalq transplantasiya əməkdaşlığını genişləndirir - Yeganə Abbasova
Azərbaycanda transplantasiya sahəsində MÜASİR RƏQƏMSAL SİSTEM İSTİFADƏYƏ VERİLİB - EKSKLÜZİV
Əsas çətinliklərdən biri meyit donorluğunun geniş icra olunmamasıdır - EKSKLÜZİV