14 aprel 2026 08:54
116

ABŞ ilin əvvəlindən etibarən təxminən 150 milyon barel Venesuela nefti satıb

Birləşmiş Ştatlar administrasiyası 2026-cı ilin yanvarından başlayaraq təxminən 150 milyon barel Venesuela mənşəli neft satıb.

“İki sahil” xəbər verir ki, bu barədə ABŞ-nin energetika naziri Kris Rayt "Semafor" nəşrinin təşkil etdiyi konfransdakı çıxışı zamanı bildirib.

"Əgər yuvarlaq rəqəmlərlə desək, yanvarın 3-dən təxminən 150 milyon barel Venesuela nefti satılıb. Bəlkə də, bir az çox, ancaq təqribən bu həcmdə", - o qeyd edib.