Avropa İttifaqı liderləri Rusiya Prezidenti Vladimir Putinin danışıqlarda keçmiş Almaniya kansleri Gerhard Şröderi vasitəçi təyin etmək təklifini dəstəkləməlidirlər.
“İki sahil” xəbər verir ki, bu barədə "Berliner Zeitung" qəzeti məlumat yayıb.
Qeyd olunur ki, özlərini haqlı çıxarmalı olanlar danışıqların tərəfdarları deyil, onların əleyhdarlarıdır.
Məqalədə deyilir ki, "..Şröder və Putin arasında mövcud olan real, mövcud ünsiyyət kanalının... müharibəyə son qoymaq üçün sülh danışıqlarında niyə istifadə edilməməli olduğunu izah etməyə borcludurlar".