Dağıstan hökumətinin sədri vəzifəsini icra edən Maqomed Ramazanov respublikanın Baş naziri təyin edilib.
“İki sahil” xəbər verir ki, bu barədə "Kommersant" məlumat yayıb.
Fərmanı Dağıstan rəhbəri vəzifəsini icra edən Fyodor Şukin imzalayıb.
Bu gün respublika parlamenti Ramazanovun namizədliyini yekdilliklə dəstəkləyib. Dağıstanın yeni Baş nazirinə hökumət orqanlarının strukturu və hökumətin tərkibi ilə bağlı təkliflər təqdim etmək tapşırılıb.