13 may 2026 14:55
100

ABŞ bu səbəbdən İranda bombalara qənaət edib

ABŞ İranda həyata keçirilən zərbələr zamanı bunker əleyhinə bombalardan qənaətlə istifadə edib, çünki bu silahların bir hissəsi gələcəkdə Çin və Şimali Koreya ilə mümkün müharibələr üçün saxlanılıb.

“İki sahil” xəbər verir ki,  bi barədə "The New York Times" məlumat yayıb.

Məlumata görə, məhdud sayda bunker əleyhinə bombalar səbəbindən Pentaqon İranın yeraltı obyektlərini birbaşa vurmaq əvəzinə onların giriş hissələrini hədəfə alıb. Məqsəd obyektlərin içərisinə girişin “möhürlənməsi” olub. Lakin "The New York Times" bildirir ki, bu yanaşma əməliyyatların effektivliyini azaldıb və zərbələr qarışıq nəticələr verib.

ABŞ kəşfiyyatının məlumatına görə, İran müharibədən əvvəlki raket arsenalının təxminən 70%-ni və mobil raket buraxılış qurğularının təxminən 75%-ni qoruyub saxlayıb.