13 may 2026 15:22
97

Sibiqa: Müharibənin bir günü Ukraynaya təxminən 450 milyon dollara başa gəlir

Bir günlük döyüş Ukraynaya təxminən 450 milyon dollara başa gəlir.

“İki sahil” "STRANA.ua"ya istinadla  xəbər verir ki, bunu Ukraynanın xarici işlər naziri Andrey Sibiqa PISM Strateji Ark Konfransında bildirib.

"Bir günlük müharibə təxminən 450 milyon dollara başa gəlir. Bu, bizim üçün böyük bir çətinlikdir", - deyə. o, qeyd edib.

Sibiqa daha əvvəl Avropanı Rusiya ilə danışıqlarda vasitəçilik etməyə çağırmışdı.