13 may 2026 15:33
107

"Şimal Axını" layihəsi ilə bağlı potensial əməkdaşlıq mümkündür, amma...

Rusiya və ABŞ arasında "Şimal Axını" layihəsi ilə bağlı potensial əməkdaşlıq, Amerika tərəfi onu Ukraynadakı münaqişənin həlli ilə əlaqələndirməyi dayandırdıqdan sonra mümkün olacaq.

“İki sahil” "Kommersant"a istinadla xəbər verir ki, bu barədə Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib.

Peskov "Şimal Axını" ilə bağlı əməkdaşlıq perspektivləri barədə suala cavab olaraq bildirib: "Ukrayna nizamlanması baş verdikcə... bir sıra iqtisadi layihələrin həyata keçirilməsinə yol açılacaq".

O, Moskva və Vaşinqtonun gələcəkdə potensial olaraq çoxsaylı qarşılıqlı faydalı layihələr inkişaf etdirə biləcəyini qeyd edib.

2022-ci ilin sentyabr ayında qaz kəmərlərində partlayışlar baş verib və bundan sonra "Şimal Axını" vasitəsilə yanacaq tədarükü dayandırılıb.