01 iyun 2026 22:22
145

Türkiyənin güclü Hərbi Hava Qüvvələri təhdidlərin qarşısının alınmasında mühüm və effektiv amilidir

Hərbi Hava Qüvvələri Ankaraya qarşı təhdidlərin dayandırılması, qarşısının alınmasında mühüm və effektiv element olaraq qalır. Türkiyə Hərbi Hava Qüvvələrinin potensialının gücləndirilməsi və gücünün artırılması üçün qətiyyətli addımlar davam edəcək.

“İki sahil” xəbər verir ki, bu barədə Türkiyənin milli müdafiə naziri Yaşar Güler Türkiyə Hərbi Hava Qüvvələri Komandanlığının yaradılmasının 115-ci ildönümü münasibətilə bildirib.

O, müasir geosiyasi proseslərə diqqət çəkərək, bəşəriyyətin beynəlxalq aləmdə güc balansının dəyişdiyi, gərginliyin artdığı və qeyri-müəyyənliyin dərinləşdiyi kritik bir dövrü yaşadığını və bunun da dövlətlərin təhlükəsizlik sistemlərinə birbaşa təsir etdiyini qeyd edib.

“Güclü ordusu, məsuliyyətli siyasəti və çoxşaxəli əlaqələri olan Türkiyə öz imkanları və resursları sayəsində beynəlxalq təhlükəsizlik arxitekturasında, danışıqlar platformalarında əvəzolunmaz iştirakçıdır. Ankara qarşısına daha iddialı hədəflər qoyaraq inamla irəliləyir”, - deyə Y.Gülər bildirib.

Onun sözlərinə görə, Türkiyə Silahlı Qüvvələrinin yüksək texnologiyalı silahlar və qabaqcıl müdafiə sistemləri ilə təchiz edilməsi ilə yanaşı, aktiv şəxsi heyət hazırlığı da davam edir.

Müdafiə naziri HÜRKUŞ təlim və hücum təyyarələri, HÜRJET səsdən sürətli təlim təyyarəsi və layihələşdirilən beşinci nəsil KAAN təyyarəsi də daxil olmaqla yerli aviakonstruktorların inkişaflarına diqqət çəkib.

Nazir Hərbi Hava Qüvvələrini “Türkiyənin qürur mənbəyi” adlandıraraq, ölkənin müdafiə qabiliyyətinə verdiyi töhfələrə görə Hərbi Hava Qüvvələri komandanlığına və şəxsi heyətinə minnətdarlığını bildirib.