02 iyun 2026 15:08
128

"Telegram" 3,8 milyon cərimələndi

"Telegram" messenceri “qadağan olunmuş məzmunun silinməməsi” səbəbilə 3,8 milyon rubl məbləğində cərimələnib.

“İki sahil” xəbər verir ki, bu barədə "Kommersant" məlumat yayıb.

Məlumata görə, Moskvanın Taqanski məhkəməsi şirkəti qadağan edilmiş kontentin vaxtında silinməməsinə görə təqsirli bilib və müvafiq qərar çıxarıb. Qərara əsasən, "Telegram"3,8 milyon rubl cərimə tətbiq olunub.

2025-ci ilin may ayından etibarən Telegram-a tətbiq olunan cərimələrin ümumi məbləği 100 milyon rubldan artıq olub. Təkcə may ayında messencer üç dəfə cərimələnib və bu cərimələrin ümumi həcmi təxminən 18 milyon rubl təşkil edib.