02 iyun 2026 15:16
132

Bloomberg: "UniCredit" "Commerzbank"da payını 30%-ə qədər artıracaq

"UniCredit" Almaniyanın ən böyük banklarından biri olan "Commerzbank"da payını 30%-ə qədər artırmaq üçün kifayət qədər səhmdarla razılıq əldə edib.

“İki sahil” xəbər verir ki,  bu barədə Bloomberg mənbələrə istinadla məlumat yayıb.

Bildirilir ki, bu addım "UniCredit"in "Commerzbank"ı tam və ya qismən əldə etmə planlarında mühüm mərhələ hesab olunur və bank bu istiqamətdə artıq bir neçə ildir fəaliyyət göstərir.

Məlumata görə, 2024-cü ildə "UniCredit" açıq bazarda "Commerzbank" səhmlərini almağa başlayaraq, payını 28%-ə qədər yüksəldib. Bu proses Almaniyada narahatlıq doğurub və ölkə rəsmiləri və maliyyə dairələri tərəfindən “düşməncəsinə satınalma” ehtimalı kimi qiymətləndirilib.

"Commerzbank" rəhbərliyi isə dəfələrlə "UniCredit"in satınalma təkliflərini rədd edib. Xüsusilə may ayının ortalarında İtaliya bankının təxminən 37 milyard avro dəyərində təklifi də qəbul edilməyib.

Hazırda bu proses Avropa bank sektorunda mümkün konsolidasiya və iri maliyyə institutlarının birləşməsi ilə bağlı müzakirələri yenidən gündəmə gətirib.