Ümumçin Xalq Nümayəndələri Yığıncağının Daimi Komitəsi Çin Xalq Azadlıq Ordusunun Birləşmiş Qərargahının keçmiş rəisi Lyo Çjenlini ÇXR Mərkəzi Hərbi Şurasının tərkibindən çıxarıb.

“İki sahil” TASS-a istinadla xəbər verir ki, bu barədə sözügedən orqanın bəyanatında bildirilir.
"Lyo Çjenli Çin Xalq Respublikası Mərkəzi Hərbi Şurasının üzvü vəzifəsindən azad edilsin", - deyə "Xinhua" agentliyinin ÇXR parlamentinin avqustun 28-də iclası başa çatan daimi fəaliyyət gösterən orqanının bəyanatından gətirdiyi çıxarışda qeyd olunur.