28 avqust 2026 15:49
156

Qrinkeviç Pentaqona nə təqdim edəcək?

NATO-nun Avropadakı Müttəfiq Qüvvələrinin Ali Baş Komandanı, amerikalı general Aleksus Qrinkeviç ABŞ hərbi qüvvələrinin Avropa ərazisində yerləşdirilməsinə dair öz tövsiyələrini Pentaqona təqdim etmək niyyətindədir.

“İki sahil” xəbər verir ki,  bu barədə mənbələrə istinadla "Politico" nəşri yayıb.

Qeyd olunur ki, gələn ay Qrinkeviçin Pentaqon rəhbərinin siyasi məsələlər üzrə müavini Elbric Kolbi ilə görüşü planlaşdırılır.

"Qrinkeviç gələn ay keçiriləcək baxış üçün hərbi tövsiyələrini Kolbiyə təqdim etməyə hazırlaşır...", — deyə məlumatda bildirilir.

Əvvəllər "Bloomberg" agentliyi NATO ölkələrinin Avropada ABŞ hərbçilərinin iştirakına görə maliyyə ödəməyə hazır olduqları barədə məlumat yaymışdı.