28 avqust 2026 15:43
146

BMT-nin Dəniz Təşkilatı Hormuz boğazında hücuma məruz qalan gəmilərin sayını açıqlayıb

Hormuz boğazında gəmilərə qarşı ən azı 70 hücum baş verib, nəticədə 19 dənizçi həlak olub.

“İki sahil” TASS-a istinadla xəbər veri ki, bu barədə Beynəlxalq Dəniz Təşkilatının (İMO) Baş katibi Arsenio Dominqes ABŞ və İsrailin İrana qarşı hərbi əməliyyatının başlamasından altı ay ötməsi münasibətilə verdiyi bəyanatda bildirib.

"Yaxın Şərqdə münaqişənin başlamasından altı ay keçməsinə baxmayaraq, Hormuz boğazındakı vəziyyət həll olunmamış qalır. Regiondakı minlərlə dənizçi yüksək risk və qeyri-müəyyənlik şəraitində yaşamağa və işləməyə davam edir", - deyə BMT-nin ixtisaslaşmış qurumunun rəhbəri bildirib.

"Bəzi gəmilər və onların heyətləri Fars körfəzini tərk edə bilsələr də, 6 minə yaxın dənizçinin olduğu 400-ədək gəmi münaqişə başlayan vaxtdan bəri regiondan təhlükəsiz çıxa bilmir", — deyə o əlavə edib.

Bununla əlaqədar Dominqes beynəlxalq ictimaiyyəti və dəniz daşıyıcılarının nümayəndələrini boğazdan naviqasiya azadlığının bərpası üçün praktiki həll yolları işləyib hazırlamaq məqsədilə İMO və ümumilikdə BMT sistemi ilə birgə işləməyə çağırıb.