30 avqust 2026 11:51
150

Yenə Messi...

Amerikanın "İnter Mayami" futbol klubu MLS-in ənənəvi mövsüm matçında "Monreal" üzərində iri hesablı qələbə qazanıb.

“İki sahil” xəbər verir ki, avqustun 29-da keçirilən matç 7:1 hesabı ilə başa çatıb.

Hesabı 20-ci dəqiqədə meydan sahiblərinin yarımmüdafiəçisi Kazemiro açıb. Bu, onun komandadakı ilk qolu olub. "Monreal"ın hücumçusu Fabian Erbers 37-ci dəqiqədə hesabı bərabərləşdirib.

Lakin "İnter Mayami" sonra üstünlüyü ələ alıb: komandanın kapitanı Lionel Messi 40-cı dəqiqədə fərqlənib. Argentinalı həmçinin 52, 83 və 90+6-cı dəqiqələrdə rəqib qapısına yol taparaq, dörd qol vurub və bir məhsuldar ötürmə edib.

Qaliblərin heyətində həmçinin Luis Suares (80) dəqiqədə, Aleksander Şou (89) fərqləniblər.

Xatırladaq ki, avqustun 12-də "İnter Mayami" liqa Kubokunda Meksikanın "Leon" komandasına 3:2 hesabı ilə məğlub olub.