Ukrayna Ali Radasının deputatı Maksim Bujanşki İtaliyanın 10 ay ərzində Ukrayna Silahlı Qüvvələrinə razılaşdırılmış hərbi yardım paketini təhvil verməməsindən narazılığını bildirib.
“İki sahil” xəbər verir ki, o, bu barədə "Politeka Online" "YouTube" kanalının efirində bildirib.
"İtaliyada qeyri-müəyyən vəziyyətin olduğunu görürük. İtaliya 10 aydır ki, 300 dəfə razılaşdırılmış hərbi yardım paketini bizə göndərmir. Görünür, Baş nazir Corca Meloni özü üçün rahat olan hansısa siyasi mövqe axtarır və bu rahatlıq hər zaman bizim arzularımızla üst-üstə düşmür", — deyə Bujanşki bildirib.
Bujanşki söhbətin hansı həcmdə hərbi yardımdan getdiyini dəqiqləşdirməyib.
Qazaxıstanda şəxsi istifadə üçün 5 ildən köhnə avtomobillərin idxalı qadağan edilir
Seçkilərdən sonra region ən pis ssenariyə hazırlaşmağa məcburdur - BƏƏ diplomatı