02 noyabr 2026 10:06
139

Amerikalı jurnalistdən ŞOK İDDİA: Netanyahunun təzyiqi ilə Vaşinqton İrana nüvə zərbəsi endirə bilər

Amerikalı jurnalist Taker Karlson iddia edir ki, ABŞ Prezidenti Donald Trampın administrasiyası İsrailin Baş naziri Binyamin Netanyahunun təzyiqi altında yakın günlərdə İrana nüvə zərbəsi endirə bilər.

“İki sahil” xəbər verir ki, o, bu barədə "X" sosial şəbəkəsində yazıb.

"Netanyahunun təzyiqi ilə Tramp administrasiyası bir neçə gün ərzində İrana nüvə zərbəsi endirə bilər", — deyə Karlson yazıb. Jurnalist ehtimal olunan zərbə hədəfi kimi Pikaks dağının adını çəkib. İsrail kəşfiyyatının iddiasına görə, Tehran burada uranın zənginləşdirilməsi proqramını bərpa etmiş ola bilər.

Karlson vurğulayıb ki, heç bir konvensional silah obyektin təxminən 100 metrlik müdafiə qatını yarmağa qadir deyil, bu səbəbdən yeganə variant nüvə zərbəsidir. Onun məlumatına görə, Netanyahu İsraildə keçirilən parlament seçkilərindən sonra kövrək olan siyasi vəziyyətinə görə guya təkidlə buna nail olmağa çalışır.

Jurnalist qeyd edib ki, Tramp, görünür, mümkün zərbə ilə bağlı hələ yekun qərar qəbul etməyib və müşavirləri ilə, o cümlədən hələ də İranla sövdələşməyə meyil edən vitse-prezident Cey Di Vens və xüsusi nümayəndəsi Stiv Uitkoff ilə məsləhətləşmələr aparır.