NATO ölkələri Respublikaçılar Partiyasının Konqresə aralıq seçkilərində məğlub olacağı təqdirdə ABŞ Prezidenti Donald Tramp tərəfindən təzyiqlərin artacağından, o cümlədən qoşunların yerləşdirilməsi, Ukrayna münaqişəsinin tənzimlənməsi və Rusiya ilə gələcək əməkdaşlıq məsələlərində sərt addımların atılacağından ehtiyat edirlər.
“İki sahil” xəbər verir ki, bu barədə mənbələrə istinadla "Politico" nəşri məlumat yayıb.
"Bütün bu məsələlərin — ABŞ qoşunlarının yerləşdirilməsi strategiyasına baxılmasının, Ukraynadakı vəziyyətin, Avropa təhlükəsizlik qaydasının — hansısa şəkildə daha böyük bir sövdələşmənin tərkib hissəsi kimi nəzərdən keçirilməsi riski mövcuddur", - deyə nəşr NATO-nun keçmiş rəsmisi Oana Lunqeskunun şərhini sitat gətirir.
NATO-nun narahatlığının əsasında ABŞ-nin Avropadakı qoşunlarının tərkibinin planlaşdırılan yenidən qiymətləndirilməsi dayanır ki, Tramp bundan öz məqsədləri üçün istifadə edə bilər. Həmçinin NATO-nun maliyyələşdirilməsinə ayırmaların azaldılması və Rusiya ilə ehtimal olunan daha sıx əməkdaşlıq naminə Ukrayna üçün PURL proqramının məhdudlaşdırılması da narahatlıq doğurur. Avropada xüsusi həyəcan yaradan məqam isə ABŞ-nin radioelektron mübarizə (REM), hava hücumundan müdafiə (HHM), kəşfiyyat və logistika sahələrindəki töhfəsinin yerini doldurmağın çətinliyidir.
Qeyd olunur ki, demokratların seçkilərdə mümkün qələbəsi Trampın daxili siyasətdəki imkanlarına ciddi məhdudiyyətlər gətirə bilər ki, bu da nəzəri olaraq Amerika liderini xarici siyasətdəki uğurlarını möhkəmləndirməyə sövq edə bilər. "O, çox qəzəbli və çox sərt ola bilər", — deyə "Politico"nun mənbəsi respublikaçıların hipotetik məğlubiyyətinə Trampın ehtimal olunan reaksiyasını şərh edərkən bildirib.
ABŞ-də noyabrın 3-də Konqresə aralıq seçkilər keçiriləcək. Seçkilərdə Senatın üçdə bir hissəsi və Nümayəndələr Palatasının tam tərkibi yenidən seçiləcək. Hazırda hər iki palata Respublikaçılar Partiyasının nəzarəti altındadır.
Qazaxıstanda şəxsi istifadə üçün 5 ildən köhnə avtomobillərin idxalı qadağan edilir
Seçkilərdən sonra region ən pis ssenariyə hazırlaşmağa məcburdur - BƏƏ diplomatı