Avropa Rusiya qazının satınalınmasına qayıtmaq çağırışlarının güclənməsi ilə üzləşməmək üçün energetika böhranının dəf edilməsi istiqamətində addımlar atmalıdır.
“İki sahil” xəbər verir ki, bu barədə Litvanın energetika naziri Lukas Savitskas "Rapporteur" portalına bildirib.
"Dövlətlərə və hökumətlərə enerji daşıyıcılarının qiymətlərinin artması və cəmiyyətə təzyiqlə bağlı problemlərin həllində köməklik göstərilməsi üzrə aydın fəaliyyət planı olmasa, alternatif təkliflər daha ucadan səslənəcək", — deyə Savitskas bildirib.
Qeyd olunur ki, Avropa İttifaqı 2022-ci ildən bəri ən yüksək qaz qiymətləri ilə üzləşib, lakin hələ də problemin həlli üçün vahid baxış hazırlaya bilməyib. Portalın məlumatına görə, Aİ-nin vəd etdiyi Rusiya neftinin tədarükünə qoyulan qadağa da gündəlikdən çıxıb.
Bu yaxınlarda Slovakiya da Avropa Komissiyasının qaz idxalına qadağa ilə bağlı qərarına qarşı iddia qaldırıb ki, bu da Avropa İttifaqının qətiyyətinin zəiflədiyini göstərir.
Aİ 2027-ci il yanvarın 1-dən uzunmüddətli müqavilələr üzrə Rusiyadan durulaşdırılmış təbii qazın (DTQ) idxalına tam qadağanı razılaşdırıb.
Qazaxıstanda şəxsi istifadə üçün 5 ildən köhnə avtomobillərin idxalı qadağan edilir
Seçkilərdən sonra region ən pis ssenariyə hazırlaşmağa məcburdur - BƏƏ diplomatı