24 aprel 2019 17:46
665

Bir mövsümdə 5-ci baş məşqçi

21 yaşadək futbolçulardan ibarət yığmamızın üzvü Ozan Can Kökcünün çıxış etdiyi “Giresunspor”un yeni baş məşqçisinin adı açıqlanıb.

Qol.az-ın klubun rəsmi saytına istinadən yaydığı xəbərə görə, birinci liqa təmsilçisi Erkan Sözeri ilə anlaşıb. Onunla 1.5 illik müqavilə imzalanacaq.

Qeyd edək ki, E. Sözeri bu mövsüm “Giresunspor”a baş məşqçi təyin olunan 5-ci mütəxəssisdir. Ondan əvvəl komandanı Metin Diyadin, Hüseyn Kalpar, Ümit Özat və Kamal Kılıç çalışdırıb.