22 yanvar 2020 10:01
1244

Eminemin yeni rekordu

Eminem yeni “Music to Be Murdered By” albomunda yer alan Godzilla treki ilə yeni rekorda imza atıb.

“İki sahil” xəbər verir ki, məşhur müğənni 30 saniyə ərzində 229 söz (339 heca) söyləyib. Bu isə bir saniyədə 7,6 söz və ya 11,3 heca təşkil edir.

Qeyd etmək lazımdır ki, Eminem öz rekordunu yeniləyib. Niki Minajla birgə oxuduğu “Majesty” trekində Eminem bir saniyəyə 10,3 heca səsləndirmişdi.