Amerikalı "İnstagram" fenomeni və model Andrea Vasile açıq-saçıq fotolarını sataraq milyoner olub.
"İki sahil" xəbər verir ki, kariyerasına dizayner olaraq başlayan Andrea Vasile daha sonra model olmağı qərara alıb. 36 yaşlı model iki il əvvəl modellərin və aktrisaların açıq-saçıq fotolarını yayımladığı saytda qeydiyyatdan keçib. Elə həmin il satdığı video və fotolardan 1 milyon dollar qazanc əldə edib.
Andrea ikinci il saytdan istifadə qaydasını daha yaxşı öyrəndiyini və qazancının artaraq 2 milyon dollar olduğunu açıqlayıb. Qazandığı məbləğin yarısını estetik əməliyyatlara xərcləyən model heyranlarından çoxsaylı evlilik təklifləri və hədiyyər aldığını deyib. Hüquq fakültəsini bitirən model hər zaman fərqli işdə işləmək istədiyini və porno ulduz olduğuna görə anasının onu övladlıqdan rədd etdiyini söyləyib.