17 noyabr 2023 20:53
255

Gədəbəydə qəza olub, xəsarət alan var

Gədəbəydə yol-nəqliyyat hadisəsi hadisəsi baş verib.

“İki sahil” xəbər verir ki, hadisə rayonun Kiçik Qaramurad kəndində qeydə alınıb.

Hərəkətdə olan "VAZ 21011" markalı minik maşını yoldan çıxaraq bordürə dəyib.

Qəza zamanı sürücü, 1953-cü il təvəllüdlü Musa Alıyev xəsarət alaraq xəstəxanaya yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.