19 mart 2019 11:43
572

Gödəkçə və 200 manat oğurlamışdı - TUTULDU

Avtomobillərdən oğurluq etməkdə şübhəli bilinənlər polis əməkdaşları tərəfindən yaxalanıblar.  

DİN Mətbuat Xidmətindən “İki sahil”ə verilən məlumata görə, Yasamal RPİ 27-ci Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində martın 16-da Bakı şəhər sakini V.Mahmudovun “Mercedes” markalı avtomobilindən 200 manat və gödəkçə oğurlamaqda şübhəli bilinən paytaxt sakini N.Cəfərov saxlanılmışdır.

Binəqədi RPİ 7-ci Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində isə E.Ağazadənin “BMW” markalı avtomobilindən noutbuk və sənəd oğurlamaqda şübhəli bilinən  Şəmkir rayon sakini S.Pənahov saxlanılmışdır.

Hər iki faktla bağlı araşdırma aparılır.