Göz yaşarması ciddi bir sıxıntı kimi qəbul olunmasa da, bəzən ciddi problemlərə səbəb ola bilər. Göz yaşı gözlərin yağlanması, göz içində və ətrafında xarici maddənin çıxarılması üçün çox vacibdir.
Səbəbləri
Allergiya
Göz allergiyası göz yaşarmasının ən məşhur səbəbidir. Polen, heyvan kəpəyi, toz kimi cisimləri düşmən qəbul edən bədən buna reaksiya verir və histamin istehsal etməyə başlayır. Bu vəziyyətdə gözlərdə yaşarma, qaşınma və ya şişlik ola bilər.
Dərmanlar
Ən vacib səbəblərdən biri də dərman qəbuludur. Göz yaşarmasına səbəb olan bəzi dərmanlar bunlardır:
- Epinefrin
- Xemoterapiya dərmanları
- Göz damcıları
- İnfeksiya
Hər hansı bir iltihablanma və infeksiya da göz sulanmasına səbəb ola bilər.
Gözyaşı kanallarının tıxanması
Gözyaşı kanalları göz yaşı istehsal etmir, gözyaşlarını xaric edir. Gözyaşı normalda göz qapağının yaxınındakı burnun içindəki incə kanallar vasitəsilə xaric olunur.
Gözyaşı kanallarının tam inkişaf etməməsi
Körpələrdə gözlərin yaşarmasının ən çox yayılmış səbəbi hələ tam inkişaf etməyən bu gözyaşı kanallarının bloklanmasıdır. Bir neçə ay ərzində bloklanmış gözyaşı kanalları avtomatik olaraq açılır.
Digər ümumi səbəblər
- Qrip
- Göz yaşı istehsalının azalması
- Gözə düşən xarici cisimlər
- Göz kanallarının infeksiyaya yoluxması
Göz yaşarmasının müalicəsi
Göz damlası
Gözlərin nəmləndirilməsinə və daha az gözyaşı istehsalına imkan verir. Göz damlaları gündə 4 dəfə və hər dəfə 3 damla istifadə olunur.
Antihistamindən istifadə etmək
Göz sulanması tez-tez allergik reaksiyalar nəticəsində baş verir. Antihistamin və ya allergiya həbləri allergiyaya səbəb olan göz xəstəliklərinə qarşı yüksək təsir göstərir. Yetkinlər hər 4-6 saatda 25-30 qr antihistamin qəbul etməlidirlər. Bəzi insanlarda bu preparatlar mədəyə zərər verə bilər. Belə hallarda dərmanlar süd və ya qida ilə qəbul olunmalıdır.
Kontakt linzaları çıxarın
Göz sulanması dayanmırsa və kontakt linzadan istifadə edirsinizsə, linzalarınızı çıxarmağınız məsləhət görülür. Kontakt linzalar göz sulanmasını daha da gücləndirir və göz damcılarının təsirini ortadan qaldırır.
Gözlərinizi təmiz və nəm bir parça ilə silin
Xarici bir maddə və ya tozun gözlərinizə düşdüyünü düşünürsünüzsə, gözlərinizi azca suya batırılmış nəm parça ilə silin. Əlinizdən və barmağınızdan istifadə etməyin, çünki bu gözlə təmasda olduqda bakteriyaların gözlərinizə yayılmasına səbəb ola bilər.
İsti kompres tətbiq etmək
İsti kompres xarici maddələri gözdən çıxararaq gözyaşı kanallarını bloklayan toksinləri də aradan qaldırır. Sulanma nəticəsində yaranan qızartını aradan qaldırmağa da kömək edir. İsti su ilə nəmləndirildikdən sonra təxminən 15 dəqiqə gözə təmiz bir parça tutaraq isti kompreslər edilə bilər.
Həmçinin bu məqsədlə, gözlər mütəmadi olaraq təmiz su ilə təmizlənməlidir. Xüsusilə günəşli hava şəraitində UV şüalarından qorumaq üçün günəş eynəkləri istifadə edilməlidir. Bakterial və viral infeksiyaların qarşısını almaq üçün başqalarına aid göz damlası, kosmetik vasitələr və ya dəsmal istifadə edilməməlidir.
Röya Rasimqızı, “İki sahil”