25 iyun 2019 16:25
186

Gürcüstan parlamentində deputatlar arasında dava olub

Gürcüstan parlamentinin iyunun 25-də keçirilən iclasında deputatlar arasında dava olub.

Müxalif “Avropalı Gürcüstan” və “Vahid Milli Hərəkat” partiyalarının deputatları Daxili İşlər naziri Giorgi Qaxariyanın istefası da daxil olmaqla beş gündür davam edən etiraz aksiyalarında irəli sürülən tələblərinin müzakirə olunmasını təklif ediblər.

Lakin hakim “Gürcü Arzusu-Demokratik Gürcüstan” partiyasının nümayəndələri müxalifətin bu təşəbbüsünə etiraz edib və nəticədə deputatlar arasında mübahisə baş verib.

Mübahisə deputatların biri-birilərini təhqir etməsinə və güc tətbiqinə çevrilib. Birinci vitse-spiker Tamar Çuqoşvili məcburən texniki fasilə elan edib.