28.02.2026-cı il saat 08:00-dan 01.02.2026-cı il saat 22:00-dək İrandan Azərbaycana 192 nəfər təxliyə olunub.
“İki sahil” xəbər verir ki, onlardan 82-si Azərbaycan, 110-u isə 19 ölkənin vətəndaşlarıdır.
Belə ki, 28 nəfər Pakistan, 18 nəfər Səudiyyə Ərəbistanı, 18 nəfər Çin, 17 nəfər Tacikistan, 6 nəfər BƏƏ, 4 nəfər İordaniya, 3 nəfər Qətər, 3 nəfər Banqladeş, 2 nəfər Filippin, 2 nəfər Nepal vətəndaşı təxliyə edilib.
Bundan başqa Türkiyə, Rusiya, İtaliya, Polşa, Tunis, Livan, Hindistan, Fransa və Braziliyadan hər biri 1 nəfər olmaqla vətəndaş təhlükəsiz əraziyə çıxarılıb.
***
İrandan həm Azərbaycan, həm də digər ölkələrin vətəndaşlarının təxliyəsi davam edir.
“İki sahil” xəbər verir ki, təxliyə üçün bütün şərait təmin olunub və proses davam edir.
28 fevral saat 08:00-dan 1 mart saat 16:00-dək İrandan müxtəlif ölkələrin vətəndaşları olmaqla ümumilikdə 123 nəfər təxliyə olunub.
Təxliyə edilənlər arasında 54 nəfər Azərbaycan, 18 nəfər Səudiyyə Ərəbistanı və 18 nəfər Çin vətəndaşı var. Bundan əlavə, 6 nəfər BƏƏ, 5 nəfər Tacikistan, 4 nəfər İordaniya, hərəyə 3 nəfər Qətər və Banqladeş vətəndaşı təxliyə olunub. Siyahıda həmçinin 2 nəfər Filippin və 2 nəfər Nepal vətəndaşı yer alır. İtaliya, Pakistan, Polşa, Tunis, Livan, Hindistan, Fransa və Braziliyadan isə hər ölkə üzrə 1 nəfər təxliyə edilib.
Qeyd olunan müddət ərzində ümumi təxliyə olunanların sayı 123 nəfər təşkil edib.