"Mançester Siti" "Estudiantes"in yarımmüdafiəçisi Dario Sarmientonun transferi üçün danışıqları başa çatdırıb.
“İki sahil” “qol.az”-a istinadən xəbər verir ki, bu barədə jurnalist Fabrizio Romano "Tvitter" hesabında yazıb. Bildirilib ki, 17 yaşlı futbolçu üçün İngiltərə təmsilçisi 9 milyon avro ödəyəcək. Müqavilənin məbləği bonuslar nəzərə alınaraq 19 milyona qədər arta bilər.
Qeyd edək ki, D.Sarmiento bu mövsüm Argentina Superliqasında 5 matç keçirib.