02 iyul 2020 15:47
598

"Milan"da yeni transfer

"Milan" yeni transferini açıqlayıb.

“İki sahil” klubun saytına istinadən xəbər verir ki, "qırmızı-qaralar" qışda 3,5 milyon avroya icarəyə götürdüyü "Anderlext"in müdafiəçisi Aleksis Salemakersi transfer edib.

Milan təmsilçisi bu keçid üçün daha 3,5 milyon avro ödəyib.

Qeyd edək ki, 21 yaşlı belçikalı "Anderlext"in yetirməsidir. O, "Milan"da 7 oyun keçirib, 1 məhsuldar ötürmə edib.