18 aprel 2019 19:00
633

Milli Məclisin deputatları Ukraynada seçkiləri müşahidə edəcəklər

Milli Məclisin deputatları Naqif Həmzəyev və Rüfət Quliyev Ukraynada prezident seçkilərinin ikinci mərhələsində səsvermənin gedişini izləmək üçün aprelin 19-da Kiyev şəhərinə səfərə gedəcəklər.

Parlamentin mətbuat xidmətindən bildirilib ki, Naqif Həmzəyev Avropa Şurası Parlament Assambleyasının müşahidə missiyasının tərkibində prosesə qatılacaq. Azərbaycan-Ukrayna parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Rüfət Quliyev isə Milli Məclisin xətti ilə prosesi müşahidə edəcək.

Deputatlar bir sıra seçki məntəqələrində olacaq, səsvermənin gedişini və seçicilərin fəallığını izləyəcəklər.