06 oktyabr 2020 10:29
4514

MRT zərərlidirmi?

Bu cihazla bağlı maraqlı faktlar

MRT - daxili orqan və toxumaların vəziyyətini yoxlamaq üçün hazırda tibbdə mövcud olan ən yaxşı üsuldur. Tarixi çox qədim olmasa da, yaradılması və tətbiqi ilə bağlı çox maraqlı faktlar mövcuddur.

Nobel mükafatı olmayan Nobel

Rəsmi olaraq, hesab edilir ki, MRT 1973-cü ildə yaradılıb. Pilot layihəni məşhur Nobel mükafatının əsasını qoyan Alfred Nobelin nəticəsi Mikael Nobel həyata keçirib. Lakin bu sahədə Nobel mükafatı tamam başqa bir alimə qismət olmuşdu.

Radiofobiyaya görə qurğunun adı dəyişildi

MRT ilk vaxtlar nüvə maqnit rezonansı adlandırılmışdı, lakin sonradan avadanlıq təchizatçıları daha neytral bir ad - maqnit rezonans tomoqrafiyası adından istifadə etməyə başladılar, çünki Çernobıl faciəsindən sonra bir çox insan bu cihazdan istifadə etməyə qorxurdu. Əslində burada nüvə radioaktiv mənasını vermir. Burada nüvə dedikdə insan bədənindəki hidrogen atomlarının nüvələri ilə qarşılıqlı əlaqəli və sağlamlıq üçün tamamilə təhlükəsiz olan fiziki bir fenomendən söhbət gedir.

Klaustrofobiya xəstəliyinə meyilli olan insanlar açıq tipli cihazlarda müayinə olunurlar. Düzdür, buradakı maqnit sahəsinin gücü daha aşağı dəyərlərə malikdir. Avadanlıq təxminən 45 ton ağırlığındadır və 9,4 Tesla induksiyası ilə maqnit sahəsi yaradır.

MRT-nin tətbiqi

Tomoqrafiya ilə uşaq dünyaya gətirmə, su içmə, cinsi əlaqə və s. kimi fərqli proseslər izlənilib. Xüsusilə, heyvanlarda beyin və onurğa beyni, skelet sistemi, orta və daxili qulaq, burun boşluğu tədqiq edilib.

MRT ilə bədənin diaqnozunu qoymaq üçün xəstənin bədəninin mövqeyini çevirməsi və dəyişdirməsinə gərək yoxdur - cihaz istənilən yöndən qiymətləndirməyə imkan verir.

MRT zərərlidirmi?

MRT-nin insan orqanizmi üzərində təsdiqlənmiş hər hansı bir zərəri yoxdur. Bəzi insanlar maqnit rezonans tomoqrafiya zamanı şüalanacaqlarından narahatlıq keçirirlər, ancaq bunu qeyd etmək lazımdır ki, MRT müayinəsinin fəaliyyəti maqnit dalğalarının təsirinə əsaslanır ki, bu da insanda şüalanmaya səbəb olmur və kanserogen təsirə malik deyil. Lakin bəzi insanlar üçün MRT təhlükəlidir və onlarda zərərli yan təsirləri ola bilər. Çox yüksək elektromaqnit təsiri ilə əlaqədar olaraq, ürəkdə, gözdə və digər hər hansı bir orqanında metal implant olanlara, silahla yaralanaraq bədənində metal qəlpə olanlara və s. MRT yoxlanışına girmək olmaz.

Nubar Süleymanova, “İki sahil”