01 iyul 2020 10:35
1178

Qənimət Zahidin “şərçi” etirafı - VİDEO

2013-ci ildə keçirilən prezident seçkiləri öncəsi yaradılan və əsasən dağıdıçılardan ibarət “Milli Şura” adlanan qurum demək olar ki, elə o gündən bu günə kimi özünün nə dərəcədə antimilli dəstə olduğunu təsdiqləməkdə davam edir. Təxminən bir aya yaxın müddət ərzində qurumun koordinasiya mərkəzinin biabırçı videokonfransı düşərgənin iç üzünü növbəti dəfə Azərbaycan cəmiyyətinə nümayiş etdirmişdi. Bu konfransdan sonra istefa verənlər bir daha “Milli Şura”nın xarici antimilli qüvvələrlə iş birliyi içində olduğunu bildirdilər. Konkret olaraq Eldəniz Quliyev qondarma “birliy”in sədri Cəmil Həsənlinin biribaşa olaraq xarici antimilli təşkilatların sifarişləri əsasında hərəkət etdiyini qeyd etdi. Təbii ki, bu fakt dağıdıcıların illərdir xarici ant-Azərbaycan mərkəzlərin diktələri əsasında fəaliyyət göstərdiyinin, cılız korporativ maraqların əsirinə çevrildiyininin növbəti təstiqi idi. Təssüflə qeyd etməliyik ki, belə təstiqləmələr dağıdıcılar arasında tez-tez baş verir.

Belə ki, üç gün öncə “Milli Şura” növbəti dəfə videokonfrans keçirib və bu dəfə Qənimət Zahid nə qədər şərçi və antimilli olduğunu öz dili ilə etiraf edib. İclas zamanı Vahid Məhərrəmli buyurur ki, bəs, sən demə, koronavirus pandemiyası ilə bağlı olaraq hər vətəndaşa 190 manat yox, 500 manat ödənməlidir: “Biz bunu görüntü üçün də olsa ona görə deməliyik ki, xalq da görməlidir ki, biz bu xalqın qayğısını çəkirik, qeydinə qalırıq”. Daha sonra Qənimət Zahid şikayətənir ki, Rahim Hacılı “Zoom” toplantılarına az hallarda qatılır, passivdir: “Rahim bəy, sus! Koordinasiya Mərkəzindən xahiş edirəm ki, Hacıyev barəsində qərar versin”. Təklif müzakirəyə qoyulan kimi Gültəkin Hacıbəyli  ampluasına sadiq qalaraq şit zarafatlarını sıralamağa başlayır: “Saçı yoxdu, ona görə çıxmır. Vidadi müəllim “simpatiç”nıdı, ona görə çıxır”. Qənimət Zahidə irad tutulur ki, Azərbaycanda devalvasiyaların vaxtını səhv salır. Bunu Rahim Hacılı irad kimi bildirəndə isə Qənimət Zahidin və “Milli Şura”nın iç üzü bir daha gün üzünə çıxır. Q.Zahidin bu iradı belə olur: “Əşşi, demişəm də, nə olsun?! Bizim işimiz hökuməti şərləməkdir”.

Bəli, buyurun, bu da sizə özünü “aydan arı sudan duru” kimi sırımağa çalışan “Milli Şura” və Qənimət Zahid. Budurmu demokratiya, budurmu haqq-ədalət, düzgünlük, sivil mübarizə? Əgər bacarırsansa tənqid et, nöqsanları de, müxalifət şər-böhtan cəbhəsi deyil. Qənimət Zahid bir daha təsdiq etmiş oldu ki, “Milli Şura”nın, digər dağıdıcı müxalif qurumların da məqsədi Azərbaycan hakimiyyətini şərləmək və Eldəniz Quliyevin işarə etdiyi antimilli dairələrdən maliyyə vəsaiti almaqdır.

Düzdür, bu yolla onlar öz şəxsi imkanlarını, ailə büdcələrini artırıb rahat yaşaya bilərlər, amma heç bir zaman xalq sevgisinin nə olduğunu bilməyəcəklər. Heç bir sosial dayağı olmayan, xalq tərəfindən dəstəklənməyən və ən əsası öz toplantılarında ən adi etik qaydalara belə riayət etməyən, leksikonu və ritorikası küçə dialektinə əsaslanan dağıdıclar siyasi məqsədlərinə heç bir zaman çata bilməyəcəklər. Əslində bunu onların özləri də çox yaxşı başa düşürlər. Lakin onların siyasi dünyagörüşünün bir hədəfi var:  hansı yolla olursa-olsun şəxsi mənfəətin artırılması.

Taleh Bağırov,

“İki sahil”