23 dekabr 2019 10:13
1382

Rauf Arifoğlu deputatlığa namizəd oldu

“Yeni Müsavat” qəzetinin baş redaktoru Rauf Arifoğlu fevralın 9-da keçiriləcək Milli Məclisə növbədənkənar seçkiləri üçün namizədliyini irəli sürüb.

"İki sahil" xəbər verir ki, o, 35 saylı Xətai 3-cü seçki dairəsindən deputatlığa namizədliyimi irəli sürüb. Xəbəri “Yeni Müsavat” qəzetinin əməkdaşı Əli Rais təsdiq edib. Ə.Rais bildirib ki, lazım olan sənədləri R.Arifoğlunun səlahiyyətli nümayəndəsi DSK-ya təqdim edib.