10 mart 2018 00:09
1263

“Pininfarina” sərgidə hibrid modelini təqdim etdi

“Pininfarina” şirkətinin “Gran Turismo” modeli hibrid mühərriklə təchiz edilib.

“Ölkə.Az” xəbər verir ki, şirkət yeni “HK GT” modelini Cenevrə avtomobil sərgisində təqdim edib. Modeli Honkonqun “Hybrid Kinetic Group” şirkəti sifariş edib.

Yeni kupe 4 elektrik mühərriki ilə təchiz edilib. Aqreqatların ümumi gücü 1088 at gücüdür. Akkumulyatorların hesabına avtomobil 160 km məsafə qət edə bilər. Konstruksiyada elektrik generatoru da nəzərdə tutulub ki, bu, məsafəni 1000 km-ə qədər artıra bilir.

Yerindən 100 km/saat sürəti cəmi 2.7 saniyəyə əldə edir. Maksimal sürəti 350 km/saatdır. Mühərrik “Cruise” və “Race” rejimində işləyə bilir. Şassi hissəsi alüminiumdan hazırlanıb.