KÖŞƏ

Elçin Zaman

Ermənistan işğalçılığı və terroru dövlət siyasəti səviyyəsində həyata keçirir

07 iyul 2017 15:48
2294

Ermənistan silahlı qüvvələrinin iyulun 4-də Füzuli rayonunun Alxanlı kəndindəki dinc sakinləri artilleriya qurğularından,  minaatanlar və digər iriçaplı silahlardan intensiv atəşə tutması nəticəsində kənd sakinləri-1967-ci il təvəllüdlü Quliyeva Sahibə İdris qızı və onun nəvəsi, 2015-ci il təvəllüdlü Quliyeva Zəhra Elnur qızı həlak olublar. Atəş nəticəsində qəlpə yarası alan 1965-ci il təvəllüdlü Quliyeva Sərvinaz İltifat qızı isə ağır yararlanıb.

Ötən illərin statistikasına baxsaq görərik ki, Azərbaycan Ordusu bu döyüşlərdə bir dəfə də olsun, Dağlıq Qarabağdakı mülki ermənilərə, o cümlədən ölkəmizlə sərhəddə yerləşən erməni kəndlərinə atəş açmayıb. Əvvəla ona görə ki, Qarabağdakı erməni əhalisi Azərbaycan vətəndaşlarıdır. Digər tərəfdən, Azərbaycan Ordusu hərbçi şərəfini həmişə uca tutaraq döyüş bölgəsində yalnız erməni ordusu ilə savaşaraq onları darmadağın edib, düşmənin yüzlərlə hərbçisini gəbərdib. Təbii ki, erməni hərbçisinin qanı hər bir Azərbaycan döyüşçüsünə halaldır. Ona görə ki, onlar işğalçıdırlar, öz torpaqlarında deyil, özgənin torpağında  döyüşürlər. Məhz 2016-cı ilin aprel döyüşlərində Azərbaycan Ordusu Ermənistan ordusunun təxribatlarına cavab olaraq onların hərbi birləşmələrini darmadağın etdikdə Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyev haqlı olaraq demişdi: “Erməni əsgərinin Ağdamda nə işi var. Əgər onlar ölmək istəmirlərsə rədd olsunlar öz torpaqlarına”

Digər bir maraqlı məqamı da diqqətə çatdırmaq istəyirik. Əgər Ermənistanın dinc sakinləri ölkələrinə rəhbərlik edən Serj Sarkisyanın antidemokratik, talançı rejiminin repressiyalarından qaçaraq Azərbaycana pənah gətirir və burada beynəlxalq hüququn norma və prinsiplərinə  uyğun olaraq qarşılanırlarsa, Ermənistan bunun tam əksini edərək Azərbaycanın dinc sakinlərini qətlə yetirir, onların təsərrüfatlarını, şəxsi əmlaklarını ağır silahlarla dağıdır.

Məhz iki ölkə arasındakı bu humantiar siyasətin fərqliliyi ondan irəli gəlir ki, Azərbaycan dövləti və xalqı şanlı tarixi keçmişə sahibdir və bizim xislətimizdə qonşu ölkələrlə dinc yanaşı yaşamaq, iqtisadi inkişafı sosial-mədəni inkişafa çevirmək kimi önəmli davranış prinsipləri mövcuddur. Ermənilər isə tarixi və dövlətçiliyi olmayan, daim başqa ölkələrin himayəsində yaşayan vassal xalq olublar. Bu şərəfsiz dövlətin başqa dövlətlərə güvənərək qonşularına - Azərbaycana, Türkiyəyə, Gürcüstana qarşı torpaq iddialarında olması onun işğalçılıq siyasətinin əsas mahiyyətidir.

 Eyni zamanda, işğalçılıq və soyqırımı faktlarını həyata keçirən bir ölkə kimi Ermənistan beynəlxalq aləmdəki cəzasızlıq mühitindən eninə-boyuna yararlanır. Bü gün Ermənistan işğalçılığı və terroru dövlət siyasəti səviyyəsində həyata keçirməklə beynəlxalq konvensiyalara və bu sənədlərdən irəli gələn öhdəliklərə də məhəl qoymur.

Bütün bunlar bir daha təsdiq edir ki, Azərbaycan dövləti işğaldakı torpaqlarını hərbi yolla ilə azad etmək haqqını özündə saxlayır. İnanırıq ki, Azərbaycan Ordusunun zəfər döyüşlərinə şahid olmağımıza çox az  qalıb və igid əsgərlərimiz körpə Zəhranın əvəzinə onlarla erməni hərbçisini gəbərtməyə hazırdır.

Durma, vur, məhv et, Azərbaycan əsgəri, erməni quldurlarının qanını sənə halal edirik!