12 sentyabr 2018 23:41
3274

Lənkəranda kənd yolları görkəmini dəyişir

Lənkəran rayonunda 7 min nəfər əhalinin yaşadığı 7 yaşayış  məntəqəsini birləşdirən  Hirkan- Daştatük- Biləsər  avtomobil yolu yenidən qurulur. Ölkə başçisı  yolun müasir tələblərə uyğun keyfiyyətlə  tikilib başa çatması üçün  9, 1 milyon vəsait ayırmışdır. Ümumi uzunluğu 22 kilometr olan   avtomobil yolun tikintisinə  şəxsən Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin  rəhbərliyi nəzarət edir.

Artıq işin çox hissəsi görülüb. Beləki, 10 kilometri tam hazır vəziyyətə gətirdikdən sonra oraya  7 və5  sm  hündürlükdə  2 laydan  ibarət  iri, xırda  dənəli  asfalt -beton qarışığı döşənib. Yolun eni 10 metr genişlənib, hərəkət zolağı  isə  6-7 metrə çatdırılıb. Onun rahatlığına söz ola bilməz.

Yolun  qalan  12 kilometrlik  örtüklü  hissəsi  çınqıl  örtüklü  olmaqla  tikintisi  nəzərdə tutulub. Yolçəkənlər hazırda burada çalışırlar.  Yolun  dağılmış yerləri qazılıb çıxarır, yatağına  karxana çınqılı  döşənir və  vərdənə ilə səliqəli şəkildə bərkidilir. Suötürücü  yerlərdə  dəmir-beton  boruları quraşdırılır. Tikinti işlərində ekoloji mühit də nəzərə alınır. Uçqunlar və sürüşmələrin qarşını almaqdan ötrü  divarlar tikilir, küvetlər düzəldilir, yolun çiyin hissələri  genişlənir.  Ümumiyyətlə, yolun tikintisində hər şey qaydasında gedir. Bütün bunlar isə  yerli əhali tərəfindən rəğbətlə qarşılanır. Yol üstə  görüşüb söhbət etdiyim adamlardan bir-neçəsinin dedikləri məndə  könül xoşluğu yaratdı.

Elşad Həsənov - Hirkan qəsəbə sakini, sadə zəhmət adamı: Yol çox bərbad halda idi. Sağ olsun Prezidentimiz. İndi yolumuz  dünya standartların  tələblərinə uyğun qurulur. Cənab İlham Əliyev əməli işi ilə  daha  da sübut edir ki,  o, həqiqətən  hər bir azərbaycanlının əziz Prezidentidir. Zəhmət adamları həmişə ona sədaqətli olacaqlar.

Məmmədəli Suvarov - Daştatük  kənd sakini: Cənab İlham Əliyev Prezident seçildiyi gündən yalniz xalqının xoşgüzəranını düşünür. Gecə-gündüz çalışır ki, heç bir sosial problem camaatı narahat etməsin. Apardığı düzgün siyasətin nəticəsidir ki, həyatımız günbəgün gözəlləşir. Xoşbəxt xalqıq ki, cənab İlham Əliyev kimi ağıllı, xalqına bağlı müdrik  Prezidentimiz vardır...

Firudin Kazımov - Biləsər kəndi, ağsaqqal-ziyalı: Dövlət başçımıza  bu savab işə görə minnətdarıq. Son illər respublikamızda gedən abadlıq-quruduculuq işlər dünyanın heç yerində yoxdur.  Sırf sosial xarakter daşıyan bu tədbirlər yalnız insan amilinə xidmət edir. Bunu da öz ölkəsində  yalnız xalqına bağlı rəhbərlər bacarır.

Səməd Səmədov - Alazəpin kənd məktəbinin müəllimi: Sevincdən deməyə söz tapa bilmirəm. Prezidentimiz İlham Əliyev  olduqca uğurlu siyasət aparır.  Ölkədə   firavan həyat naminə yerinə yetirilən layihələrin sayı bilinmir.  Bunlarla bərbər,  müasir standartlara  uyğun  yeni yollar  salınır, körpülər tikilir. Bu yol  bizim üçün əsl xoşbəxtlikdir. Prezidentimiz xalqını sevdiyi qədər, biz də ona ürəkdən bağlıyıq.

Zəfər Orucoğlu,

Azərbaycan Jurnalistlər Birliyinin üzvü