KÖŞƏ

Mahir Rəsuloğlu

Sən pis ermənisən, Marqarita!

15 aprel 2022 00:57
1520

Künc zərbəsi

Simonyanın tərəfli jurnalistliyi və Azərbaycana qarşı hörmətsizliyi haradan qaynaqlanır? 

Özünü nə qədər peşəkar və peşəkarlığın əsas tələblərindən olan qərəzsiz jurnalist kimi sırımağa çalışsa da o, əslində qərəzli, şovinist və millətçidir. Onun üçün peşə etikası və ədalət anlayışı yoxdur. Təxribatçılığı, nifaq səpməyi, ara qarışdırmağı, xaos yaranmasını sülh naminə anlaşmadan, sivil münasibətlərdən, mehriban qonşuluqdan daha çox sevir. O, yaranmış hər fürsətdən pis erməni xislətini nümayiş etdirmək üçün yararlanmağa çalışır və yəqin ki, öz çirkli karyerasında əldə etdiyi bütün uğurlara görə ən çox bu məziyyətinə “minnətdar olmalıdır”. Təsadüfi deyil ki, onun təltifləri içərisində Ermənistanda aldığı medal, Rusiya Müdafiə Nazirliyinin medalı və Gürcüstan ərazisində separatçıların yaratdığı qondarma “Şimali Osetiya respublikası”nın “Dostluq” ordeni də var. Və yenə təsadüfi deyil ki, suveren ərazi bütövlüyü əleyhinə çağırışlarına görə barəsində Ukrayna məhkəməsi tərəfindən qiyabi həbs qətimkan tədbiri seçilib, ona “Ukraynanın ərazi bütövlüyünə, suverenliyinə və müstəqilliyinə xələl gətirən” şəxs kimi Avropa İttifaqı (Aİ), Kanada, Böyük Britaniya və Avstraliya tərəfindən sanksiyalar tətbiq edilib. Siyahını bir az da uzatmaq olar. Yəqin bildiniz, söhbət Rusiyadakı müəyyən hakim dairələrin qara piarının ruporu olan “RT” telekanalının və “Sputnik” Beynəlxalq İnformasiya Agentliyinin baş redaktoru Marqarita Simonyandan gedir...

Həmin o Marqarita Azərbaycan ilə Ermənistan arasında sülh danışıqlarının getdiyi və müəyyən razılıqların əldə olunduğu indiki həssas məqamda ölkəmizə, ərazi bütövlüyümüzə qarşı növbəti dəfə hörmətsizlik nümayiş etdirib. M.Simonyan şəxsi “Facebook” səhifəsində Xankəndidə separatçıların simvolu olan “baba-nənə” abidəsinin önündə rus bayrağı ilə düzəldilmiş “Z” hərfinin şəklini paylaşıb və ardınca “Krasivo v Stepanakerte. Spasibo!” (Xankəndidə gözəldir. Sağ ol!) sözlərini yazıb. Bununla da Marqarita tərəfsiz jurnalist deyil, tərəfli, terrorçuları və separatçıları dəstəkləyən erməni olduğunu bir daha nümayiş etdirib. Erməni mətbuatının məlumatına görə, rus bayrağı qısa müddət sonra həmin ərazidən yığışdırılıb.

Qeyd edək ki, “Z” hərfi son vaxtlar Ukrayna ərazisinə hücum etmiş Rusiya silahlı qüvvələrinə məxsus zirehli texnikanın, hərbi döyüş maşınlarının üzərinə çəkilməsi ilə diqqət çəkir və bu müharibədə bir növ rusların hücum simvoluna çevrilib. O zaman sual olunur: Bu təxribatçı hərəkətinlə nəyə eyham vurursan, Marqarita Simonovna? Bu haqqı sənə kim verib? Və səni müstəqil Azərbaycanın suveren sərhədləri daxilində yerləşən Qarabağ iqtisadi rayonunun Xankəndi şəhərindəki separatçılara sevgi bəsləməyə nə vadar edir?   

Xatırlayırsınızsa, M.Simonyan öz eybəcər sifətini Azərbaycan Prezidenti İlham Əliyevin Rusiya Federasiyasına rəsmi səfəri çərçivəsində 2021-ci il fevralın 23-də TASS agentliyində bu ölkənin aparıcı kütləvi informasiya vasitələrinin rəhbərləri ilə görüşü zamanı da göstərmişdi. Dövlətimizin başçısının yaratdığı imkandan sui-istifadə edən Marqarita jurnalist kimi deyil, erməni kimi verdiyi sualda Azərbaycan xalqı və hökuməti barədə həddini aşan ifadələr işlətmişdi: “Biz hamımız bilirik ki, ermənilərin Azərbaycana girişinə qadağa qoyulub. Adətən bu, təhlükəsizlik mülahizələri ilə izah olunur. Beləliklə, Azərbaycan xalqı qəribə də olsa, pis şəkildə təqdim olunur. Mənim üçün inanmaq çətindir və mən inanmıram ki, insanlar Azərbaycanda canlı etnik erməni görərsə onun üstünə atılar və onu tikə-tikə edərlər, hər halda orta əsrlərdə yaşamırıq. Siz bu məsələyə belə sivil, mədəni münasibət nümunəsi göstərmək və bu cəfəng status-kvonu, sadəcə, ləğv etmək istəməzdinizmi?” Yalnız ürəyi və ruhu kinlə, qəzəblə, nifrətlə dolu pis erməninin işlədə biləcəyi ifadələrin cavabı yerindəcə həm cənab Prezidentimiz, həm də Birinci vitse-prezident Mehriban xanım Əliyeva tərəfindən layiqincə verilmişdi. Dövlətimizin başçısı “sizin dediklərinizdə qərəzlilik var”, “indiki halda erməni kimi sual verdiniz” kimi kəskin cavabları ilə M.Simonyanı həmkarları qarşısında pərt vəziyyətə salmışdı.

Maraqlı məqam ondan ibarətdir ki, onminlərlə izləyicisi olan Simonyanın yuxarıda bəhs etdiyimiz paylaşımı elə ermənilərin özləri arasında əməlli-başlı qarşıdurma yaradıb. Qarabağda məskunlaşan ermənilərlə Ermənistanda və digər ölkələrdə yaşayan ermənilər 44 günlük Vətən müharibəsində üzləşdikləri acı məğlubiyyət və postmüharibə dövrünün problemlərində bir-birilərini ittiham ediblər, müzakirələr söyüş və təhqirlərə çevrilib.

Bax belə, Marqarita, gördünmü sənin xəbis niyyətin necə öz ermənilərinin başında çatlayıb? Xankəndi isə Azərbaycan bayrağı ilə daha gözəldir! Üçrəngli bayrağımızın qədim şəhərimizdə dalğalanacağı günə az qalıb, lap az. Ürəyinin dözə biləcəyi qədər baxarsan və ümid edirəm ki, o baxış uzun sürməz. Çünki sən pis ermənisən, Marqarita!