KÖŞƏ

Mahir Rəsuloğlu

“Daltonik”in qeydləri...

29 iyun 2022 11:00
846

Künc zərbəsi

Və ya ölkə üçün şam yandırmaq, ağ at, üstündəki oğlan söhbəti

“Bir müddət öncə Avropanın ən bahalı ölkələrindən birinə - Belçikaya səfər etmişdim. İlk olaraq onu deyim ki, “Avropada iqtisadi böhran yaranıb”, “Ukrayna müharibəsinə görə qiymətlər qalxıb” söhbətləri ifrat şişirdilib...”

Yanlış anlaşılmasın, mənim deyil, “daltonik” Gültəkinin (daltonizm — rəngli görmənin anadangəlmə pozuntusu xəstəliyidir. Əsasən qırmızı və yaşıl rəngləri seçmə qabiliyyətinin olmaması ilə səciyyələnir) bir neçə gün əvvəl şəxsi sosial şəbəkə hesabında paylaşdığı sözlərdir. Hansı Gültəkin? Demokratik dəyərləri, normal sivil ölkə qanunlarını, söz azadlığını və insan hüquqlarını öz çirkin məqsədlərini gizlətmək və ya onlara alət etmək üçün “bayrağa”, örtüyə çevirən Gültəkin Hacıbəyli. Niyə “daltonuk”? Çünki ölkəsinin inkişafını, millətinin güclənməsini, torpaqlarımızın azadlığının bəxş etdiyi qüruru və xoşbəxtliyi, dövlətin və xalq üçün şərəflə, əzmlə, dəyanətlə çalışan dövlət başçımızın uğurlu siyasətini, bu siyasətin Vətənini sevən hər bir kəsə qazandırdığı qalibiyyət sevincini, Zəfər duyğusunu, şərafət hissini “görmür”, daha doğrusu gözrməzdən gəlir, görmək istəmir...

Yəqin razılaşarsınız ki, dünya karonavirus pandemiyasının fəsadlarından tam qurtulmamış müharibələr səbəbindən qapını kəsdirən iqtisadi böhran və hətta aclıq təhlükəsi ilə üz-üzə qaldığı bir vaxtda Avropanın ən bahalı ölkələrindən birinə səfərə gedə bilmək kifayət qədər vəsait tələb edir. Halal yolla qazanıbsa, Allah hər kəsin qazancını özünə qismət eləsin, kimsənin varını müzakirə etmək niyyətində deyilik. Ancaq istəməsək də cavabı şübhəli suallar yaranır: Gültəkin Hacıbəyli, necə deyərlər, ilin-günün bu vaxtında Belçikaya nəyə getmişdin? Pardon, hansı pulla getmişdin? Axı sənin öz məntiqinə görə Azərbaycanda vəziyyət elə də yaxşı deyil? Bundan başqa, sən millətin vəkili olmaq haqqını xəyanət və satqınlıq etdiyin üçün çoxdan itirmisən, odur ki, bu səfərini dövlət maliyyələşdirmir, bizneslə-filan da məşğul deyilsən. Üstəlik özün deyirsən ki, “Avropada iqtisadi böhran yaranıb”, “Ukrayna müharibəsinə görə qiymətlər qalxıb” söhbətləri ifrat şişirdilib (bu avropalılar çox demoqoq adamlardır, eləmi, yalandan ajiotaj yaradırlar?), yəni, Avropanın ən bahalı ölkəsindəki qiymətlər sənin büdcənə təsir etməyəcək qədər artıb. Hardan gəlir o büdcənin pulları?

Satıldıqlarına xoş gəlsin deyə özünü savadlı göstərən “dərin məzmunlu” yazılarınla ölkə hakimiyyətini ittiham etməmişdən öncə güzgüyə bax, Gültəkin Hacıbəyli, bütün rənglər eyni deyil, sən elə görürsən...       

Bir az da “ağ at, ağ araba, ağ velosiped” və onlardan birinin üstündəki oğlanla bağlı düşüncələr haqqında. Ancaq ondan əvvəl yenə vacib bir sual. Bir müsəlmanın ölkəsinin inkişafı üçün əlini daşın altına qoymasını başa düşmək olar, ancaq həmin müsəlman həmin məqsədlə niyə şam yandırsın ki? Tam səmimi deyirəm, sualım məlumatsızlıqdandır – şamı kilsədə xristianlar yandırmırmı? O məntiqlə “ölkəmin dəyişməsi üçün mən əlimi bir daşın altına qoymalıyam, bir şam yandırmalıyam...” yazan Gültəkin Hacıbəyli dininimi dəyişib?

Bu ölkənin ölkəmizi bütün dünyada nüfuz sahibinə çevirmiş iqtidarı olduğu kimi, siyasi mübarizəsini sivil yollarla aparan normal müxalifəti də mövcuddur. Ancaq mütləq hər şeyi qaralamaq, yaxşı olan heç nəyi görməmək, bütün uğurlara ləkə yaxmağa çalışmaq müxalifətçilik deyil. Yəni Gültəkin və onun kimilərin “müxalifətçilik” fəaliyyətlərinin kimlərə xidmət etdiyini anlamaq üçün xanım Hacıyeva savadda olmağa gərək yoxdur. Ehtimal ki, onun “ağ at, ağ araba, ağ velosiped” və onlardan birinin üstündəki oğlanla bağlı düşüncələri də altşüurunda kök salmış “ağatlı oğlan” sevgisindən qaynaqlanır. Yoxsa yazmazdı...

Psixoloqların qənaətinə görə, əksər yeniyetmə qızlar təxəyyüllərində onu alıb uzaqlara aparacaq, xoşbəxt edəcək bir prins, milli təbirlə desək, ağatlı oğlan yaşadır. Elə-belə xatırlatdım...

Məhərrəm Ağalaroğlu
Anama məktub
Elşad Miraləm
BİZ KİMİK?