21 yanvar 2021 20:35
640

Çinin ABŞ-dakı səfirliyinin "tvitter"i bağlanıb

Çinin ABŞ-dakı səfirliyinin tvitter səhifəsi şirkətin qeyri-insanlığa qarşı siyasətinə zidd olan paylaşıma görə bağlanıb.

“İki sahil” xəbər verir ki, bu barədə şirkətin açıqlamasında bildirilir.

Belə ki, səfirliyin hazırda silinmiş 8 yanvar tarixli paylaşımında “China Daily”də xəbər verilən bir araşdırmadan bəhs olunur. Bildirilir ki, hökumətin siyasəti nəticəsində uyğur qadınları "körpə istehsalı maşını” olmaqdan qurtulublar. “Çinin şimal-qərbindəki Sincan Uyğur Muxtar Bölgəsinin əhalisində baş verən dəyişkənliyi göstərən tədqiqat əhalinin ümumi keyfiyyətinin təkmilləşməsi ilə əhatə olunur”, - səfirlik tərəfindən tvitterdə qeyd olunub. Qeyd edək ki, “Facebook” və “Google” ilə yanaşı, “Twitter” də Çində bağlanıb.