Biz zəfər çalacağıq! Qarabağ bizimdir, Qarabağ Azərbaycandır!

KÖŞƏ

Nurəddin Muğanlı

Erməni faşizmi süqutun astanasında

23 oktyabr 2020 18:11
741

30 ilə yaxın  BMT-nin  yerinə yetirə bilmədiyi qətnamələri şanlı Azərbaycan Ordusu 30  günə reallaşdırmağa qadir olduğunu bütün dünyaya sübut edir

Azərbaycan Ordusunun bölmələrinin hücumlarının təzyiqləri altında Ermənistan hərbi birləşmələri bütün cəbhəboyu ağır itkilər verir. Düşmən bölmələrində döyüş texnikası, silah və sursat, ərzaq çatışmazlığı mövcuddur.  Görünür,  düşmən gec-tez  məğlub  olacağını ta başlanğıcdan  bilirmiş. Ona  görə də 30 ilə yaxın əsarətdə saxladığı Qarabağ  bölgəsini  demək olar ki,  başdan-başa xarabazara çevirib. İşğal olunmuş ərazilərimizdə həyata keçirilən kortəbii istismar nəticəsində bölgənin mədəniyyət  və dini abidələrinə,  təbii sərvətlərinə, ətraf mühitinə, biomüxtəlifliyinə külli miqdarda zərər dəyib, qiymətli ağac və kol növləri ilə zəngin meşələrimiz məqsədli şəkildə məhv edilib.

Çox təəssüf ki, Paşinyanın azğınlaşmış xunta rejimi  məğlubiyyətlə barışmayaraq, döyüş əməliyyatlarının aparıldığı bölgədən uzaqda yerləşən Azərbaycan şəhərlərini və əhalinin sıx yaşadığı məntəqələri intensiv atəşə tutur. Bu günlərdə Ermənistanın baş naziri “Facebook” hesabında tez-tez öz xalqını təşvişə salacaq çağırışlar edir. Paşinyanın  “münaqişənin diplomatik həlli yoxdur”  bəyanatı,  bir tərəfdən  dünya liderlərinə  “diplomatik həmlələr” edərək nicat  umması,  digər tərəfdən “əli silah tutan hər kəs cəbhəyə gəlsin” sözündən sonra  azsaylı yaşlı nəslin xidmətə cəlb olunması  onun  ölkəni küçə  psixologiyası ilə idarə etdiyinə dəlalət edir.

 Sosial şəbəkədə  paylaşılan  xalqa və orduya  əsəbi müraciətdən belə  məlum  olur  ki, Paşinyan  mənəvi atası Adolf Hitler kimi  hələ  də   insanları ölümə aparmaq niyyətindədir. İndi  rəsmi Ermənistan tərəfi bir aya yaxın  davam edən  savaşda Azərbaycan  Ordusunun  zəfər  yürüşünün  üstünə  kölgə salmağa çalışsa da, işğalçı ölkənin bəzi hərbi  ekspertləri  canlı  itkilərin böyük olduğunu qeyd edirlər.  Paşinyanın boş yerə inadkarlıq göstərməsinin  Ermənistana, eləcə də qondarma “dqr”ə   heç bir faydası yoxdur!  Son günlər  Tavuş və Sisian rayonlarından Dağlıq Qarabağa gətirilmiş şəxsi heyət döyüşlərə girməkdən imtina edib, fərarilik edən  erməni əsgərləri mövqeləri tərk edirlər.

Fəhlə işləmək üçün kişiləri  uzaq Afrika ölkələrinə üz tutan Ermənistanda  Azərbaycan  Ordusunun qarşısına   əlacsızlıqdan qadın  döyüşçüləri çıxarmaq  məcburiyyətində qalıblar. Cəbhədə ard-arda uğursuzluqla və canlı qüvvə itkisi ilə üzləşən Ermənistan heç bir hərbi bacarığı olmayan zərif cinsin nümayəndələrinin ölümünə səbəb olur. Ermənistan Müdafiə Nazirliyinin keçmiş mətbuat katibi A. Hovanisyanın “Facebook” səhifəsindəki paylaşımında “Onlar bizim qızlarımız, bacılarımızdır, şərəfimizdir. Biz qalib gələcəyik” deməsi pafosdan və  məntiqsiz ritorikadan əlavə həm də acizliyin ifadəsidir.

Bəli,  Azərbaycanın  həm savaş meydanında, həm də  diplomatik  müstəvidə qazandığı uğurlar  Ermənistanı   dalana  sıxışdırıb. Üstəlik  Rusiya  Prezidentinin "Azərbaycan ərazilərinin əhəmiyyətli hissəsinin itirilməsi vəziyyəti əbədi davam edə bilməz" fikri xilasını Rusiyada görən Paşinyan rejiminin son ümidlərini  puça çıxardı.

Əlbəttə,  xəyanətkar Ermənistana görə Rusiyanın  Azərbaycanla, eləcə də  Türkiyə  ilə  münasibətlərini  korlaya  biləcəyi ehtimalları yeni müharibənin  ilk  günündən məntiqsiz  görünürdü.  Hətta Ermənistanı daim müdafiə edən, erməni separatizmini, şovinizmini açıq şəkildə dəstəkləməkdən çəkinməyən erməni əsilli tanınmış rusiyalı kinorejissor, “Mosfilm”in direktoru Karen Şahnazarov  da deyir ki, "Artıq Ermənistanı xilas etmək lazımdır." O, “Vladimir Solovyovla axşam” verilişində Ermənistan rəhbərliyinə  “əgər belə gücün yoxdursa, kompromis axtar”, “Qərb Ermənistanı müdafiə etməyəcək” kimi mesajlar verib. Şahnazarov qeyd edib ki, bu gün Azərbaycan Ordusu ilə döyüşməyə Paşinyan rejiminin nə hərbi, nə də siyasi gücü var. “Artıq qəbul etmək lazımdır. Qarabağ uğrunda mübarizədə erməni rəhbərliyi Ermənistanı itirməmək barədə də düşünməlidir. Bu, kifayət qədər çətin vəziyyətdir.” Gğründüyü kimi, Ermənistan məğlubiyyətə məhkumdur.  Artıq  Qərb dövlətləri də  Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyən bəyanatlar səsləndirirlər.

Bu gün 30 ilə  yaxın səbir  nümayiş etdirən  Azərbaycan  BMT Təhlükəsizlik Şurasının, o cümlədən də beynəlxalq təşkilatların   yerinə yetirə bilmədiyi   məsələni  özü həll edir, həmin queumların itirilmiş nüfuzunu özünə qaytarır.

Xalqımız qəhrəman ordumuzun  zəfər yürüşünün möhtəşəm bir qələbə ilə başa çatacağına əmindir.  Azərbaycan  Qarabağda  işğala son qoyandan sonra Nikol Paşinyan, Seyran Ohanyan, 1949-cu il Cenevrə Konvensiyasının tələblərini kobud şəkildə pozur. Buna görə Paşinyan başda  olmaqla “Gəncənin bombalanması əmrini mən vermişəm” deyən  Araik Arutyunyan, əlləri Xocalıda dinc əhalinin  qanına bulaşan Serj Sarkisyan, Robert Koçaryan və digərləri insanlıq əleyhinə cinayətlərinə görə, ədalət məhkəməsi qarşısına çıxarılaraq layiq olduqları cəzanı alacaqlar!

Mənsumə Babayeva
28 illik işğala son
Məhərrəm Ağalaroğlu
Təfəkkürün tərəkəməsi
Elşad Miraləm
BİZ KİMİK?