21 iyun 2019 19:40
544

Evinizdəki auranı təmizləyən bitkilər

Biz gül-çiçəkdən adətən əlamətdar günlərdə evimizi bəzəməsi, gözümüzü oxşaması məqsədiylə istifadə edirik.

Bəzi bitkilərsə sadəcə dekor rolunu oynamır. Onlar müsbət enerji yayır və havanı təmizləyərək ətraf mühiti yaxşılaşdırmağa yardımçı olur.

Jasmin

Bu gül İranda tarix boyu böyük əhəmiyyətə malik olub. Bu ətirli bitki enerjini stimullaşdırır və özünə güvən hissini artırır. Həmçinin jasminin münasibətləri möhkəmləndirdiyinə inanılır və romantik mühit yaradır. Bu bitki gələcəyi xəbər verən yuxular görməyə kömək edir, eyni zamanda ürək çakralarını stimullaşdırır.

Rozmarin

Rozmarin ev şəraitində enerji təmizlənməsi üçün ən faydalı bitkilərdən biridir. Bu bitki gərginliklə mübarizə apararaq neqativ enerjini aradan qaldırmağa kömək edir. Rozmarin nəinki daxili rahatlıq yaradır, həm də mənfi enerjidən qoruyur. Bir budaq rozmarini evinizin giriş qapısının üstündən asın. Bu, kənardan daxil olan mənfi enerjilərdən ən gözəl müdafiə üsuludur.

Röya Rasimqızı, “İki sahil”