05 may 2020 11:09
1723

Gizem Karaca bağban oldu

Türkiyəli məşhur aktrisa Gizem Karaca karantin müddətində təsərrüfat işlərinə başlayıb.

"İki sahil" xəbər verir ki, aktrisa 2017-ci ildə Kemal Ekmekçi ilə evlənərək İzmir şəhərinə köçüb. Krantini evində keçirən Karaca öz bağçasında orqanik meyvə-tərəvəz yetişdirir. Əkdiyi çiyələyi yığdığı an foto çəkdirən aktrisa ''Həm sağlam qidalanıram, həm də karantində bekar qalmıram. Orqanik meyvə-tərəvəz yemək çox yaxşıdır, lakin əmək sərf etməsəm alınmaz'' sözlərini deyib. O tez-tez sosial media hesabında bağçasının və əkdiyi meyvələrin fotolarını yayımlayır.