Vəli İlyasov |
Azərbaycan diplomatiyasının apardığı məqsədyönlü işlər öz bəhrəsini verməkdədir. Uzun illər Fransada ölkəmizə qarşı bəzi dairələrin tətbiq etdikləri ikili standartlar nəhayət, aradan qaldırılmaqdadır.
Son həftələrdə Fransanın bəzi şəhərləri ilə qondarma Dağlıq Qarabağ rejimi arasında imzalanan dostluq xartiyalarının ləğvi Ermənistanı əməlli-başlı narahat edib. Təşviş içərisində çabalayan ermənilər düşdükləri vəziyyətdən çıxış yolu axtarırlar. Onlar yenidən öz ənənəvi məkrli planlarına əl atmalı olublar. Yəni, xarici ağalarından nəsə qoparmaq, özlərinin “yazıq” və “əzabkeş” obrazlarını yenidən canlandırmaq üçün dəridən-qabıqdan çıxırlar. “Sherg.az” rəhbəri olan fransızdilli erməni “armenews.com” saytına istinadən xəbər verir ki, Ermənistan bir neçə həftədir, petisiya hazırlayıb və onu imzalama prosesi başladıb. Artq 400 nəfər bu petisiyaya imza atıb. Hazırda petisiyanın imzalanması prosesi davam edir. Onlar Fransa ilə Ermənistan arasındakı dostluq münasibətlərinin dayandırılmasını istəmədiklərini acizanə şəkildə dilə gətiriblər.
Petisiyanın mətni təxminən belədir ki, Fransa inzibati məhkəməsi bu ölkənin bir neçə şəhəri - Valans, Bur -le- Valance, Bur- de Pij, Arnuvil və Drom departamenti ilə Dağlıq Qarabağ rejimi arasındakı dostluq xartiyasını ləğv etdi. Amma erməni xalqı fransızlarla eyni dini - xristianlığı bölüşür. Ermənistan və ermənilər Avropa dəyərlərini üstün tutur. Fransız və erməni xalqlarının dostluğu çoxəsirlik tarixə söykənir.
Hətta XVII Frankofoniya bayramı İrəvanda baş tutdu. Fransa bunu böyük rəğbətlə qarşıladı. Bu, Fransa-Ermənistan dostluğunu əks etdirirdi. Bu gün Fransada 700 min erməni yaşayır. Daha sonra petisiyada yazılıb: “Biz arzu edərdik ki, siz bu dostluq xartiyasını yenidən bərpa edəsiniz. Azərbaycan ondan silah alacaq deyə Fransa bir necə şəhərimizlə dostluğunu dayandırdı. Biz bu dostluğun daimi olacağını, bizə nəyinsə mane ola bilməyəcəyini düşünürdük. Amma bu gün Fransa inzibati məhkəməsi bizə əməlli-başlı atəş açır.
Biz əlaqələrin inkişafını istəyirdik, amma bunun əksi yaşandı. Bu gün Fransanın Azərbaycana satdığı silahlar Dağlıq Qarabağda yaşayan minlərlə erməninin həyatını təhükə altına almaq deməkdir. Hesab edirik ki, Fransa məhkəmələrinin məlum qərarı bizim üçün böyük təhlükə vəd edir. Biz Fransanın Azərbaycana silah satması qəbul edə bilmirik.
Fransanın bizim bir neçə dostluq xartiyasını ləğv etməsinə “ yox “ deyirik.”
Qeyd edək ki, bu xartiyaların ləğv olunmasının səbəbləri kimi onların Fransanın xarici siyasət kursuna və beynəlxalq öhdəliklərinə uyğun gəlməməsi, həmçinin bu ölkənin ATƏT-in Minsk qrupunun həmsədrlərindən biri kimi bitərəfliyini şübhə altına alması göstərilir. Aydın görünür ki, hər iyrənc sifətə girməyi bacaran ermənilər yalvarışlarının sonunda öz yırtıcı xarakterlərini gizlədə bilməyiblər və hətta Fransanı Azərbaycana silah satmaqda ittiham edərək bu dövlətin daxili işlərinə müdaxilə etməkdən belə çəkinməyiblər.
Petisiyanın mətnində göstərilir ki, guya Fransada 700 min erməni yaşayır. Sual yaranır: Azərbaycanın Dağlıq Qarabağ bölgəsində cəmi 40-45 min erməni yaşadığına görə burada ikinci erməni dövləti yaratmağa cəhd göstərən Ermənistan 700 min erməninin yaşadığı Fransada üçüncü Ermənistan dövləti qurmağa hazırlaşmır ki? Fransa şəhərləri ilə qardaşlaşmağa belə önəm verilməsi bəlkə ermənilərin həmin planlarına xidmət edir? Tarix dəfələrlə sübut edib ki, ermənilər axırda onlara küt atan sahiblərinin ayaqlarını dişləyib gəmiriblər. Yəqin indi fransızlar ermənilərin bu xislətini bildikləri üçün hədlərini aşan kimi onların zəncirlərini dartıblar. Bu isə daim əzizlənməyə öyrəşmiş erməniləri məyus edir.