KÖŞƏ

Vəli İlyasov

Ermənistan ordusunda koronavirus?..

28 fevral 2020 11:03
4169

Qeyri-döyüş şəraitində itkilərinin artdığı Ermənistan ordusunda, üstəlik, koronoviruslu xəstəliyin olması barədə xəbər yayılıb. Bu günlərdə Ermənistanın qonşu İranla əlaqələrini kəsməsi xəbərin yalan olmadığına inamı daha da artırıb. Ermənistanın  Armiya.az saytı xəbər verir ki,  Qafan rayonunda hərbi qulluqçu İqor Sarkisyan koronavirusa yoluxub və təcili şəkildə xəstəxanaya yerləşdirilib. Lakin bu fakt ictimaiyyətdən və hərbçinin valideynlərindən cidd-cəhdlə gizlədilir. Həmin hərbi qulluqçunun karantində olduğu, hətta yanına ailə üzvlərindən, qohumlarından və tanışlarından heç kəsin buraxılmadığı bildirilir.

Ermənistan rəhbərliyi isə əhalini sakitləşdirməyə və inandırmağa çalışır ki, ölkədə virusa yoluxma faktı yoxdur və müvafiq dövlət orqanları lazımi tədbirləri həyata keçirirlər  ki, koronavirus Ermənistana keçməsin. Bu cür aldadıcı bəyanatlarla əhalini sakitləşdirmək isə Nikol Paşinyan iqtidarına həm də bu il aprelin 5-nə təyin edilən referendumu öz xeyrinə başa çatdırmaq üçün lazımdır. Məlumdur ki, Ermənistan əhalisinin naşı və  bacarıqsız hökumətdən artmaqda olan narazılığı, bundan başqa  kütləvi toplantıların koronavirusun yayılma səbəbindən mümkünsüz olması iqtidarı çətin imtahan qarşısında aciz vəziyyətə salır.

Küçə hərəkatı  ilə hakimiyyəti qəsb edən  Nikol Paşinyan baş nazir postunu tutmasına baxmayaraq  hələ də mitinq və yürüşlərə özünə ictimai dəstəyi nümayiş etdirməyin ən əlverişli vasitəsi kimi baxır.   Çünki əhalinin rifahı getdikcə pisləşir və Paşinyan hökuməti iqtisadi böhranı aradan qaldıra bilmir.

Ona görə də  “məxməri” baş nazir özünün “Facebook” səhifəsində vətəndaşları martın 1-də,  saat 18-də İrəvanda etiraz yürüşünə dəvət edib. Yürüş  2008-ci il martın 1-də Serj Sarkisyanın prezident seçilməsinə etiraz olaraq paytaxtda  icazəsiz etiraz aksiyası iştirakçılarının gülləbaran edilməsinin ildönümü ilə bağlı nəzərdə tutulur. Xatırladaq ki, Nikol Paşinyanın da fəal iştirakçısı olduğu həmin etirazlar zamanı 10 nümayişçi gülləbaran edilərək öldürülmüşdü.

Ermənistanda nəşr olunan “Fakt” qəzeti yazır ki, orduda tapılan koronavirusu bəhanə edən Paşinyan müdafiə naziri David Tonoyanı  istefaya göndərmək niyyətindədir. Nəşr bildirir ki, ölkədə iki il öncəki hakimiyyət dəyişikliyindən sonra uzun müddət reytinqi yüksək olan David Tonoyanın  son vaxtlarda nüfuzu əhəmiyyətli dərəcədə aşağı düşüb: “Onun istefasını tələb edən çox sayda vətəndaş meydana çıxıb. Güman ki, bu, təkcə orduda baş verən insidentlər və artan itkilərə görə deyil, həm də Rusiya mediasında onun əleyhinə tirajlanan məlumatlarla əlaqədardır. Düzdür, son bir il yarım ərzində Tonoyanın istefası ilə bağlı məlumatlar bir neçə dəfə yayımlandı. İndi isə, necə deyərlər, vəziyyət tamamilə yetişib”.

Nəşrin iddiasına görə, Tonoyan ətrafında Rusiya ilə bağlı qalmaqallardan “səbr kasası daşan”  Paşinyan onu istefaya göndərməkdə israrlıdır. Daha bir neçə nəfər yüksək vəzifəlinin də istefaya göndəriləcəyi barədə xəbərlər yayılmaqdadır.

Ancaq  istefalar və kadr dəyişiklikləri çətin ki, Ermənistanı düşdüyü dərin iqtisadi-siyasi bataqlıqdan çıxarsın. Əksinə, koronovirus onu bir az da dərinləşdirəcək. Bir həqiqət də var ki, ermənilərin bəşəriyyətə əzab verən milli xəstəlikləri var - “erməni xəstəliyi”.  Gənc koronavirus çətin ki, fənd-fel bilən qoca-qart “erməni xəstəliyinə” qalib gələ bilsin. Çünki yaranışlarından onların bu dəhşətli xəstəliklərini sağaltmaqda tibb elmi həmişə aciz olub və çarəsi iyirmi birinci əsrdə də hələ ki tapılmayıb.