KÖŞƏ

Vəli İlyasov

Ermənilərin heykəl vandalizmi...

16 mart 2020 20:14
8753

Başqa xalqların mədəniyyətini, tarixini, ədəbiyyatını, incənətini özününküləşdirmək, buna nail ola bilmədikdə məhv etmək müalicəsi tapılmayan “erməni xəstəliyi”nin təzahürüdür. Onlar Azərbaycan, Rusiya, Türkiyə və Gürcüstanda müvəqqəti məskunlaşdıqları yerlərdə aborogen xalqların izini qaşıyaraq itirməyə və oraları haylaşdırmağa çəlışıblar. Ermənilər saysız-hesabsız belə əməllər törədiblər. Yüz ilə yaxındır ki, ermənilər qədim Azərbaycan torpaqlarında olan toponimlərin adını dəyişməklə məşğuldurlar. Növbəti bəşəri cinayətlərdən birini də bu günlərdə yaşadıqları ölkədən min kilometrlərlə aralıda törədiblər.

“Mədəniyyətlərin qardaşlıq və sülh içində yaşadığı Avropada Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi Xan qızı Natəvanın heykəlinə ermənilərin çirkin hücumunu şiddətlə qınayır, bu hadisəni insanlıq tarixinə, mədəniyyətinə hücum hesab edirik.” Bu sözlər Belçika-Azərbaycan Dostluq Cəmiyyətinin sədri Ayhan Dəmirçinin yaydığı bəyanatdandır.

Bəyanatda Belçika-Azərbaycan dostluğunun simvollarından olan bu heykələ 8 Mart Beynəlxalq- Qadınlar Günündən dərhal sonra hücum edilməsinin utancverici hadisə olduğu vurğulanıb: “Bu hadisə ilə ermənilər Azərbaycan xalqına, onun yazarına və tarixinə nə qədər nifrət bəslədiklərini bir daha sübut etdilər. Cansız bir heykələ olan bu vəhşi hücum bir daha sübut edir ki, onlar Xocalıda da qadınlara və uşaqlara eyni nifrət və qəddarlıqla hücum ediblər. Cəmiyyətin demokratik prinsiplərinə hörmətlə yanaşan bir təşkilat olaraq, Belçikanın müvafiq dövlət qurumlarından bu vəhşi hadisəni törədənlərin tapılıb cəzalandırılmasını istəyirik”.

Ayhan Dəmirçi onu da bildirib ki, Belçikada 300 mindən çox türk yaşamasına baxmayaraq, bu ölkədə olan qondarma erməni soyqırımı abidəsinə heç vaxt hücum edilməyib. Başqa xalqların tarixinə, maddi-mədəniyyət abidələrinə hörmətsizlik və vandallıq yalnız erməni millətinə məxsusdur. Ona görə də tərkibində yaşadıqları ölkələrdən həmişə qovulublar. Rus diplomatı Aleksandr Qriboyedov İranda səfir işləyərkən  Xarici İşlər Nazirliyinin yüksək çinli məmuruna raportunda yazırdı ki, ermənilər etibarsız millətdirlər. Onlar ayaqları dəydiyi yerləri öz torpaqları hesab edirlər. Əgər onlar nəzarətsiz buraxılsalar sığınacaq tapdıqları  Rusiyanın cənub ərazilərini öz qədim torpaqları elan edəcək, “böyük Ermənistan” ərazisi sayacaqlar.

Qeyd edək ki, martın 10-da Belçikanın Vaterloo şəhərində Xan qızı Xurşidbanu Natəvanın xatirəsinə qoyulmuş abidə dağıdılıb. Abidə vandalizminin  Belçikada kök salmış ermənilər tərəfindən həyata keçirildiyi bildirilib. Bununla onlar dünyanın bir çox dahi şəxsiyyətlərinin erməni etnosu barədə söylədikləri ifşaedici fikirləri bir daha təsdiq etmiş olublar. Göstəriblər ki, onlar “yazıq”, “məsum” quzu dərisinə bürünmüş yırtıcılardır. Həmin şəxsiyyətlər erməniləri dünyanın yaltaq, oğru, fahişə, başkəsən, xəyanətkar və nəhayət, ən rəzil toplum olduqlarını bəyan ediblər. Bu damğaları ermənilər yüz illərdir ki, öz bellərində daşıyırlar.