Vəli İlyasov |
Prezident İlham Əliyev BMT Baş Assambleyasının 75-ci sessiyası çərçivəsində BMT-nin 75 illiyinə həsr edilmiş Yüksək Səviyyəli iclasda videoformatdakı çıxışında Ermənistanın Azərbaycana qarşı davam etdirdiyi işğaldan və son aylarda təcavüzkar dövlətin vəziyyəti daha da kəskinləşdirməsindən, yeni hərbi təxribatlar törətməsindən, müharibəyə hazırlıq görməsindən danışıb.
Qeyd etmək lazımdır ki, Ermənistanın baş naziri Nikol Paşinyan Azərbaycana qarşı hərbi əməliyyatlarda iştirak etməyə məcbur ediləcək on minlərlə mülki vətəndaşdan ibarət silahlandırılmış mülki könüllülər dəstələrinin yaradılmasını elan etmişdir. Bundan əlavə, Livandan, Suriyadan köçürülüb gətirilmiş muzdlu başkəsənlər şübhəsiz ki, Ermənistan ordusuna cəlb ediləcəklər. Halbuki beynəlxalq qaydalara görə, xarici ölkə vətəndaşlarının köçürülüb məskunlaşdırılması və üçüncü ölkəyə qarşı müharibəyə cəlb edilməsi hərbi cinayət sayılır. Bu cür hazırlıqlar Ermənistan rəhbərliyinin yeni təcavüzkar niyyətini açıq şəkildə nümayiş etdirir. Ermənistanın müdafiə naziri David Tonoyanın Azərbaycanı “yeni ərazilər uğrunda yeni müharibə” bəyanatları ilə hədələyir. Xocalı, Cəmilli, Qaradağlı, Kərkicahan, Bağanis-Ayrım faciələrini törətmiş ermənilərin nasional-sosialistlərdən heç bir fərqi yoxdur. Faşist qılafına bürünmüş erməni daşnakları qonşu xalqları qırmaq və ərazisini zəbt etmək kimi qəddar planları həyata keçirməklə məşğuldurlar. Təbii ki, qorxaq və namərd ermənilər bu cinayətləri arxalarında duran havadarlarının hərtərəfli köməyi ilə törədirlər.
Dövlətimizin başçısı videoformatdakı çıxışında bildirib ki, nasizmin şöhrətləndirilməsi Ermənistanın dövlət siyasətidir. Mənfur nasist generallar Andronik Ozanyan, Dro (Drastamat Kanayan) və Qaregin Njde milli qəhrəmanlar kimi təqdim edilir, müharibə qatillərinin heykəlləri qoyulur. Ermənistanda Andronik, Qaregin Njde və Dro tək nümunə deyil, II Dünya müharibəsində Almaniya tərəfdən Rusiyaya qarşı bütöv erməni legionu döyüşüb.
Ermənistanın rəsmi ideologiyasında yüz illərdir ki, “Azərbaycanofobiya” siyasəti hökm sürür. Gənc nəslə onlara yurd yeri vermiş Azərbaycan xalqına nifrət, milli eqoizm aşılanır. Ermənistan bu yaxınlarda təcavüzkar və hücum xarakterli hərbi doktrina və milli təhlükəsizlik strategiyası qəbul edib. Milli təhlükəsizlik strategiyasında irqçi, şovinist və “Azərbaycanofob” fikirlər əks olunub.
Azərbaycan Prezidenti çıxışında vurğulayıb ki, təcavüzkar ritorika və təxribatlar Ermənistanın Azərbaycana qarşı yeni təcavüzə hazırlaşdığını nümayiş etdirir. İşğalçı dövlətin başçıları çəkinmədən bu barədə açıq danışırlar. Biz BMT-ni və beynəlxalq ictimaiyyəti Ermənistanın növbəti hərbi təcavüzdən çəkindirilməsinə çağırırıq. Təxribatların baş verməsinə və gərginliyin artırılmasına görə məsuliyyət Ermənistanın hərbi-siyasi rəhbərliyinin üzərinə düşür. Ermənistan-Azərbaycan münaqişəsi Azərbaycanın ərazi bütövlüyü çərçivəsində və BMT Təhlükəsizlik Şurasının qətnamələri əsasında həll edilməlidir.
Göründüyü kimi, Azərbaycan rəhbəri yenə də səbr və təmkin göstərdiyini, Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həll etmək istədiyini bütün dünyaya nümayiş etdirir. Əgər Ermənistan sülh çağırışlarını qəbul etməsə, onda Azərbaycan Ordusu torpaqlarımızı qısa müddətdə azad etməyə qadirdir. Beynəlxalq hüquq Azərbaycanın haqlı mövqeyini müdafiə edir, dünya ictimaiyyəti Ermənistanın işğalı davam etdirmək istədiyini görür və onun qəsbkar niyyətini pisləyir. Dünyanın superdövləti olan ABŞ konqresinin bu yaxınlarda qəbul etdiyi sənəddə Azərbaycanın mövqeyi dəstəklənib və Ermənistanın işğalçı olması pislənilib. Bu, son illərdə Ermənistana və onun güclü lobbisinə ən böyük zərbə olub. İyul ayındakı Tovuz təxribatından sonra məlum oldu ki, iki yüz ildə ermənilər ilk dəfə olaraq beynəlxalq miqyasda məğlubiyyətə uğradılar. Bütün istiqamətlərdə, yəni istər döyüş meydanında, istər diaspor mübarizəsində, istərsə də nüfuzlu beynəlxalq təşkilatlarda Azərbaycana uduzdular. Hələ üstəlik üzvü olduğu KTMT-də heç bir dəstək verilməməsinin Ermənistanı acınacaqlı vəziyyətə saldığını demirik. Bunun əksinə olaraq qardaş Türkiyə dövlətinin başçılarının “Azərbaycanın yanında olacağıq” deyə qətiyyətlə verdikləri bəyanat həm Ermənistanı, həm də onun havadarlarını geri çəkilməyə məcbur etdi. Dost Pakistanın başçıları isə dəfələrlə istənilən məqamda Azərbaycana köməyə gələcəklərini rəsmi surətdə bəyan ediblər. Ancaq hətta özünə müttəfiq saydığı heç bir dövlət müharibə başlasa Ermənistanla birgə olacağını bildirmir, çünki bu ölkənin işğalçı olduğu, Azərbaycanın əzəli torpaqlarını müharibə vasitəsi ilə zəbt etdiyi, qonşu xalqa faciələr yaşatdığı hamıya məlumdur.
Ermənistan bizim üçün illər boyu qazdığı quyuya özü düşüb və tələdəki vəhşi heyvan kimi vurnuxub xilas yolu axtarır. Bu tələdən xilas olmağın isə bir yolu var: təcavüzkar dövlət İşğal etdiyi Azərbaycan ərazilərini qeyd-şərtsiz tərk etməlidir. Əks təqdirdə, Ermənistan yüz illərlə sağalmayan yaralar alacaq.