11 noyabr 2020 18:23
4026

Uşaq qatili Zori  Balayan ağlar günə qaldı...

XXI əsr Azərbaycanın qədim torpaqlarında  yaradılmış Ermənistan  dövlətinin sonu ola  bilər.  Bu gün  İrəvanın  mərkəzində baş verən qarşıdurmalar, xaos,  hakimiyyətsizlik  bu fikrin reallaşacağından soraq verir

Qarabağın  mənəvi paytaxtı Şuşanın işğaldan azad olunduğu  gün sevinc duyğuları içində nədənsə antihumanist erməni xislətinin ən tipik  canlı obrazı Zori Balayanı xatırladım. O  Zori Balayanı  ki,  Qarabağ münaqişəsində fəallığına görə 2006-cı ildə "Arsaxın qəhrəmanı" fəxri adı veriləndə ona Şuşa şəhərində təmtəraqlı təltif mərasimi keçirilmişdi...

Xatırladaq ki,  fitnəkar Z. Balayan Şuşaya  dəfələrlə  gəlmişdi,  hətta bir dəfə  çiyinlərini güclə darta-darta  oynamışdı da. Bu  ilin  fevral ayında isə  Şuşada qondarma “dqr”in  prezidenti  onu 85 illiyi münasibətilə təbrik edib, “şərəfinə” ziyafət vermişdi.

Sentyabrın 27-də Milli  Ordumuz zəfər yürüşünə başlayanda adı erməni siyasi tarixinə "Qarabağ hərəkatının qəhrəmanı və lideri" kimi düşən daşnak tör-töküntüsü,  qoca faşist cəlladı  Zori barədə sosial şəbəkələrin birində  belə  post paylaşılmışdı: “Bu şərəfsiz ölmədən bu günü görməli idi. Bişərəf... Zori Balayan, Allah sənə bir az ömür versin ki, bu əzabları doyunca cəkəsən...”  Deyir əzəldən Oğuz elinin alqışı alqış, qarğışı da qarğış olub.  Elə duadan çox  qarğış kimi səslənən bu fikirlərin gerçəkləşməsi çox  çəkmədi.  Sən demə,  85  yaşlı  uşaq qatili öz  nəvəsi ilə  elə sentyabr ayının sonlarında Şuşaya, erməni ordusuna ideoloji təlim və mənəvi dəstək verməyə gəlibmiş.   Lakin “Kür-Araz deyəndə kəkələyən, xırda budaqların üstə oturub, böyük budaqları silkələyən” zavallı və saxta "qəhrəman" rəşadətli  Azərbaycan əsgərlərinin  ilk qələbələrindən qorxuya düşüb və küçüyünü də götürüb,  özgə qapılarda sülənən köpək kimi Şuşadan birbaşa İrəvana qaçıb. 

Bəli, 30  il əvvəl Qarabağ işğalının və müharibəsinin əsl səbəbkarı, xalqımızın siyasi və ideoloji düşməni Zori Balayanın  kim olduğunu  Azərbaycanın yaşlı  nəslinin  nümayəndələri yaxşı bilirlər. Bu gün  Qarabağımız  işğaldan  azad olsa da,  qoy  müasir gənclərimiz və gələcək nəsillər  Azərbaycan haqqında həmişə təhqiramiz, iftiralarla dolu kitablar, məqalələr yazan, mayası daşnak  toxumundan yoğrulan  belə  erməni qələm sahiblərini tanısınlar və əlləri minlərlə soydaşımızın qanına bulaşan zori balayanları, silva kaputikyanları, robert koçaryanları, serj sarkisyanları, nikol paşinyanları, araik arutyunları və başqa “yan”ları dünyaya tanıtmaqdan bir an da olsun  əl  çəkməsinlər, yorulmasınlar keçməsinlər.

Zori Balayanın ötən əsrin  80 –ci illərinin əvvəllərində erməni dilində nəşr olunan "Ocaq" kitabı  1984-cü ildən  Moskvada rus dilində təkrar-təkrar nəşr edildi. Kitabda Qarabağın, Naxçıvanın, Gəncənin guya tarixən ermənilərə məxsus olduğunu, bu ərazilərdə tarixi abidələrə, yerlərə, mədəniyyətə malik olduqlarını uydurur, öz qeydlərində erməni və rus tarixçilərinin cəfəng fikirlərinə istinad edirdi. Bu kitabı  ilə beynini zəhərlədiyi erməni gənclərini vandalizmlə silahlandıran  Z. Balayan türkləri və azərbaycanlıları həm Rusiyanın, həm də Ermənistanın düşməni adlandırırdı. Söz yox ki, Azərbaycanın başının üstündə qara buludlar oynadığı  o dövrlərdə bir çox  elm adamları  Zori Balayana  açıq  məktublar yazıb, onun  milli ədavəti qızışdıran fikirlərinə etirazlarını  bildirirdilər.

Lakin həmin illərdə Azərbaycan Dövlət Televiziya və Radio Verilişləri Komitəsində redaktor vəzifəsində çalışan  şair-tərcüməçi Eldar Baxışın “Ocaq” kitabının müəllifinə ünvanladığı  şeiri  dillər əzbəri oldu:

O nədir yazmısan, Zori Balayan,

“Bala” da bizimdir, “zor” da bizimdir.

Ölmək istəyirsən gəl Qarabağa,

Kəfən də bizimdir, gor da bizimdir.

Qubadlıda dünyaya göz açan və  48 il ömür sürən  mərhum  Eldar Baxışın  “İrəvan dilində xoruzlanan, Moskva dilində zarıyan oğlan” deyə  xitab etdiyi Zori Balayanın  “Ocaq” kitabının təkrar nəşrlərini  maliyyələşdirən imkanlı erməni daşnakları  1988 –ci ildən  başlayaraq Ermənistanda  yaşayan minlərlə Azərbaycan  ailəsinin  dədə-baba ocağını söndürdülər,  1992 –ci ilin fevralında  XX əsrin  dəhşətli qırğınını -Xocalı  soyqırımını törətdilər...

Zori Balayanın faşist, qaniçən təbiəti  özünü 1996-cı ildə Moskvada nəşr olunan "Ruhumuzun oyanışı" ("Ojivlenie naşeqo duxa") kitabında da  bütün açıqlığı ilə büruzə verir. Kitabın Xocalı faciəsindən bəhs olunan hissəsi müəllif tərəfindən sevinc və ermənilərə xas olan milli qürur  hissi ilə qələmə alınır. Z. Balayan xalqımıza qarşı törədilən dəhşətli soyqırımda iştirakı və "qəhrəman" əməlləri barədə belə yazır: "Biz Xaçaturla Xocalıda ələ keçirdiyimiz evə girərkən əsgərlərimiz 13 yaşlı bir türk uşağını pəncərənin çərçivəsinə mıxlayırdılar. Türk uşağı çox səs-küy salmasın deyə, Xaçatur uşağın anasının kəsilmiş döşünü onun ağzına soxdu... Daha sonra 13 yaşındakı türkün başından, sinəsindən və qarnından dərisini soydum. Saata baxdım, türk uşağı 7 dəqiqə sonra qan itirərək dünyasını dəyişdi... Ruhum sevincdən qürurlandı. Xaçatur daha sonra ölmüş türk uşağının cəsədini balta ilə hissə-hissə doğradı və bu türklə eyni kökdən olan itlərə atdı. Axşam eyni şeyi daha 3 türk uşağına etdik. Mən bir erməni kimi öz vəzifəmi yerinə yetirdim. Bilirdim ki, hər bir erməni hərəkətlərimizlə  qürur duyacaq..."

İxtisasca həkim olsa da  amma azərbaycanlı uşaqla etdiklərinə görə  məmnun qalan Zori Balayan  həmin  tükürpədici  səhnənin ardınca yazır: “Ertəsi gün biz kilsəyə dua etməyə getdik ki, ruhumuz və 1915-ci ildə öldürülənlərin ruhu dünən gördüyümüz çirkabdan təmizlənsin. Lakin biz Xocalını vətənimizi işğal edən 30 min insandan təmizləmişdik."

Zori  Balayan  özünün  ideya müəllifi  və “memarı” olduğu  Dağlıq  Qarabağ münaqişəsinə  sonuncu  sovet  imperatoru M. Qorbaçov  başda  olmaqla  həmişə  Rusiyanın  hərbi-siyasi rəhbərlərinin  diqqətini  cəlb etməyə çalışmışdı.  Onlardan  biri də 2002-ci ildə  52  yaşında vertalyot qəzasında ölən, amma  sağlığında  həmişə  Dağlıq Qarabağdakı erməni işğalçılarına  mənəvi dəstək verən generel Aleksandr Lebed idi.   90-cı illərdə içki düşkünü Boris Yeltsinin Rusiyanın dövlət başçısı  kimi zəifliyindən sui-istifadə edərək, erməni lobbisinin dəstəyi ilə hakimiyyətə gəlmək istəyən  rus  generalının  əsas əlaltılarından biri  də  Zori Balayan idi. O, hərbçi generallarla və siyasi partiyalarla separat danışıqlar aparır, A.Lebedin prezident olması üçün onlardan dəstək istəyir, onlara  şirnikləşdirici vədlər verirdi. Həmin danışıqlara cəlb edilən və 1995-1998-ci illərdə Rusiyanın Daxili İşlər naziri işləmiş A.Kulikov sonralar bu barədə açıq etiraflarını yazmışdı. Yəni, əgər A.Lebed hakimiyyətə gəlsəydi,  Rusiyanı idarə edənlərdən biri də Zori Balayan olmalı imiş...

Şübhəsiz  ki,   Qarabağda məhv edilən erməni əsgərlərinin  anaları övladlarının ölümünə görə əsas təqsirkarlardan olan  Zori  Balayan kimi  mənfur, qaniçən millətçi daşnakdan  da hesab soracaqlar...

Mən isə yazıma jurnalist Ariz Abduləliyevin “Nuhçıxan" İnformasiya Agentliyində dərc olunmuş "Arsax qəhrəmanı" Zori Balayan da Qarabağdan qaçdı!” məqaləsindəki  bu fikirlərlə yekun vururam: “Hara qaçsan da, divara mismarlayıb dərisini soyduğun və parçalayıb itlərə yem kimi atdığın o uşaqların ah-naləsindən, onların günahsız ruhunun divanından, şəhid oğullarımızın haqq qisasından heç yerə qaça bilməyəcəksən. Sən və sənin kimilərin özünü də, məxsus olduğu xalqı da, ölkəni də bütün tarixdə şərəfsizliyə, qeyri-insanlığa, haqqazidd əməllərə, işğala, günahlara, qeyri-sivil yaşayışa, müharibələrə, xalqlararası münaqişələrə və nəhayət, qaçılmaz məhvə məhkum ediblər.”

Nurəddin Muğanlı, “İki sahil”